Ermənistanın qərargah rəisi Azərbaycandan qorxusunu gizlədə bilmədi













Azərbaycanın ən müasir hərbi texnikalarla silahlanması Ermənistanı narahat etməyə bilməz.

Bu barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, general-mayor Artak Davtyan deyib.
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş 26 iyun hərbi paradında Ordumuzun ixtiyarında olan ən son müasir silahların sərgilənməsi düşməni ciddi təşvişə salıb. Son günlər erməni və rus hərbi ekspertlərin Bakının bu silahları sadəcə paradda göstərmək üçün deyil, praktikada – Dağlıq Qarabağ müharibəsində istifadə etmək üçün aldığı barədə dedikləri Ermənistan əhalisində yeni silahlı toqquşmanın mümkünlüyünə dair qorxu yaradıb.

Bakıdakı parada münasibət bildirən Davtyan Azərbaycan ordusunun gücünü etiraf etmək məcburiyyətində qalıb. Bununla belə, erməni əhalisini arxayın etmək üçün Bakını regionda silahlanma yarışına start verməkdə ittiham edərək, mümkün eskalasiyada Ermənistan ordusunun effektiv müdafiə oluna biləcəyini deyib.

“Ermənistan müdafiə nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin silahlanma gücü barədə məlumatları Bakıda keçirilən paraddan əldə etdiyini düşünmək sadəlövhlük olardı. Sözsüz ki, biz onların hansı silahlara malik olduqlarını, hansı növ hərbi texnikaya üstünlük verdikləri və bundan sonra necə silahlar almağa çalışdıqlarını bilirik. Əlbəttə ki, Azərbaycanın müasir silahlarla hərbiləşməsi Ermənistanı narahat edir” – deyə Ermənistanın baş qərargah rəisi bildirib.

Erməni mediası yazır ki, bununla da Davtyan dolayısilə etiraf edib ki, Cənubi Qafqazda hərbi balans növbəti dəfə Azərbaycanın xeyrinə dəyişib.AzVision.az

Son xəbərlər

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Cəfər Əsədova yüksək vəzifə verildi

Zelenski: Ukraynanın NATO-ya üzvlüyünü əksər ölkələr dəstəkləyir

Netanyahu Trampla fikir ayrılıqlarının yarandığını etiraf etdi

Şəlaləyə baxmağa gedən 21 yaşlı gənc iki həftədir tapılmır

İspaniyada anomal isti hava səbəbindən ölənlərin sayı 100-ü keçib

Baş nazirdən QƏRAR

Azərbaycanlı gəncin hesabında 22 milyard dollar...

Rövşən Muradov qəfil VƏFAT ETDİ

Narkotikin təsiri altında olan sürücü həbs edildi

Rusiyadan ABŞ və İranın hücumlarına reaksiya

Saxta mesajlar avtomatik aşkarlanacaq - "WhatsApp"da yeni funksiya

Əlavə məzuniyyətlər kimlərə verilir?

İmişlidə güclü yanğın - 2 rayondan dəstək gəldi

Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Bütün xəbərlər