Baş Dövlət Yol Polis İdarəsi Şirvan şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzini mükafatlandırıb

dogruxeber.tv: - Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları mütəmadi olaraq şəhər ərazisində yerləşən təhsil müəssisələrində şagirdlərlə yol hərəkəti qaydaları mövzularında maarifləndirici görüşlər keçirir, gələcəyimiz olan uşaqlara yol hərəkəti təhlükəsizliyinə dair biliklərinin artırılması istiqamətində məlumat verirlər. Bunun nəticəsidir ki, yeniyetmələr artıq məktəbdə yollarda və səkilərdə necə hərəkət etməli olduqlarını bilir, yol nişanlarını tanıyır və piyada keçidlərindən düzgün istifadə edirlər. Şagirdlər bu biliklərini həm də yol hərəkəti təhlükəsizliyi mövzularında keçirilən yarışlarda göstərir, yüksək nəticələr əldə edirlər.

Bugünlərdə Şirvan şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin komandası “Yolunuzu bizdən salın!” devizi altında Respublika üzrə keçirilən onlayn yarışlarda iştirak ediblər. Tədris müddətində yol hərəkəti qaydaları və təhlükəsizliyi barədə qazandıqları bilik və bacarıqları yüksək aktivliklə nümayiş etdirən şagirdlər, yarışlarda göstərdikləri fəal iştiraka görə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

Şirvan ŞPŞ-nin DYP Bölməsinin əməkdaşı, polis kapitanı Sadiq Əliyev şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin komandası və kollektivi ilə görüşərək, mərkəzin nümayəndələrinə və şagirdlərə mükafatlarını təqdim edib. Şagirdlərə bir daha təbrik edən polis kapitanı, onlara təhsillərində uğurlar arzulayıb.

Baş Dövlət Yol Polis İdarəsi Şirvan şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzini mükafatlandırıb

Oxunub: 742

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər