YOL HƏRƏKƏTİ QAYDALARINI HAMI BİLMƏLİDİR,          ŞAGİRDLƏR DƏ...














Respublikamızın ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması ilə əlaqədar uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən 2018-ci ilin sentyabr ayının 15-dən oktyabrın 15-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan dogruxeber.tv-a verilən məlumata görə, bu istiqamətdə Qusar Rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhərdəki Azərbaycanın Milli Qəhrəmanı Bəhruz Ağaverdiyev adına 1 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon Polis Şöbəsinin əməkdaşları, həmçinin şagird və məktəbin pedaqoji kollektivi iştirak ediblər.
Tədbirdə çıxış edən Qusar RPŞ-nin Baş Dövlət Avtomobil Müfəttişi, polis kapitanı Natiq Müzəffərov keçirilən tədbirin mahiyyətindən danışıb. Tədbirin əsas məqsədinin şagirdlərə yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək olduğunu bildirən polis kapitanı, məktəblilərə yol nişanları haqqında məlumat verib. Yollarda piyada keçidləri üçün nəzərdə tutulan piyada zolaqlarından istifadənin zəruriliyindən danışan N.Müzəffərov, dərs saatları bitdikdən sonra yollarda nəqliyyat vasitələrinin sıx olduğunu qeyd edərək, şagirdlərə dərslərdən çıxan zaman yollarda hərəkət edərkən səkilərdə, keçid üçün piyada keçidlərindən istifadə etmələrinin zəruriliyini bildirib.
Şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Çıxış edən məktəbin direktoru və müəllimlər keçirilən profilaktik tədbirə görə Qusar Rayon Polis Şöbəsinin kollektivinə öz təşəkkürünü bildiriblər.
Tədbir təhsil müəssisəsinin qarşısında yerləşən yolda sona çatıb. Şagirdlərə piyada keçidində istifadə qaydaları əyani şəkildə göstərilərək, onlara hərəkətin təhlükəsizliyi barədə dəyərli tövsiyyələr verilib.


Nizam Həmidov
DİN Mətbuat Xidmətinin əməkdaşı
YOL HƏRƏKƏTİ QAYDALARINI HAMI BİLMƏLİDİR,          ŞAGİRDLƏR DƏ...
YOL HƏRƏKƏTİ QAYDALARINI HAMI BİLMƏLİDİR,          ŞAGİRDLƏR DƏ...
YOL HƏRƏKƏTİ QAYDALARINI HAMI BİLMƏLİDİR,          ŞAGİRDLƏR DƏ...
YOL HƏRƏKƏTİ QAYDALARINI HAMI BİLMƏLİDİR,          ŞAGİRDLƏR DƏ...
YOL HƏRƏKƏTİ QAYDALARINI HAMI BİLMƏLİDİR,          ŞAGİRDLƏR DƏ...
YOL HƏRƏKƏTİ QAYDALARINI HAMI BİLMƏLİDİR,          ŞAGİRDLƏR DƏ...
YOL HƏRƏKƏTİ QAYDALARINI HAMI BİLMƏLİDİR,          ŞAGİRDLƏR DƏ...

Son xəbərlər

İnfarkt keçirənlərin 99 faizində bu problem olub — Araşdırma

İlham Əliyev fərman imzaladı

Baş nazirdən aqrar sektorla bağlı qərar

1 yaşlı uşaq qızdırmadan öldü

Sabahın havası necə olacaq?

“Qarabağ”ın rəqibi müəyyənləşir

Orban heç vaxt Macarıstanın baş naziri ola bilməyəcək

Azərbaycan Birləşmiş Krallıqla qarşılıqlı investisiyaların təşviqini müzakirə edib

Magistraturaya qəbul imtahanının yekun nəticələri AÇIQLANDI

Təhsilverənlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Bütün xəbərlər