Azərbaycan Təhsilində Unikal Hadisə: 3 Dəfə İşdən Çıxarıldı, 3 Dəfə Də Geri Qayıtdı!

dogruxeber.tv informasiya agentliyinin elektron poçtuna Astara rayonunda baş verən maraqlı hadisələri əks etdirən məlumat daxil olmuşdur.

Məlumatı olduğu kimi təqdim edirik:

"Astara təhsilində yeni şok hadisə yaşanıb. Belə ki, Təhsil müdiri Rəşad Həsənov tərəfindən 3 dəfə işdən çıxarılan psixoloq alim, 3-cü dəfə işə bərpa olunub.

Son vaxtlar ən qalmaqallı və ən bərbad təhsil təhsil göstəricilərinə sahib Astara təhsilində 2018-ci ildən bəri baş verən dramatik hadisələrə, daha bir həlqə əlavə olunub.

Haşiyə
Astara təhsili, Qızbəs Məmmədovanın rəhbərliyində onsuz da bərbad vəziyyətdə idi, lakin Q. Məmmədova hiyləgər olduğu üçün "nüfuzlu" şəxslərlə konfiliktdən çəkinirdi. Amma, 2018-ci ildə onun yerinə gələn Rəşad Həsənov daha cəsarətli çıxdı. Amma, bu cəsarət, nadanların cəsarətindən idi. O, xoşuna gəlməyən hər kəsi "bitirə biləcəyini" düşünərək, heç nədən çəkinmədən, hər istədiyini etdi. Hətta, rayonun elm adamlarını da "qılıncdan keçirdi".
Konkret olaraq, Astara şəhər 6 saylı məktəbdə psixoloq vəzifəsində çalışan gənc alim Daşqın Əliyevin və Artupa kənd məktəbinin direktoru olan təhsil eksperti Zaur Hüseynovun "başını yedi".
Lakin, bu "cəngavərlik," təcrübəsiz Həsənova çox baha başa gəldi və onun "qılıncı daşa dəydi". Belə ki, gənc alimlərin hər ikisi haqlılıqlarını konkret sənədlərlə sübut etdilər. Haqsız yerə işdən çıxarıldıqlarına görə hər ikisindən üzr istənildi, RTŞ-də vəzifəyə dəvət olundular. Heç biri, bu təklifi qəbul etməsə də və nadan təhsil müdiri ilə çalışmaq istəməsə də, Daşqın bəy keçmiş işinə-məktəb psixoloqluğuna qayıtmağa razılaşdı və şəhər 4 saylı məktəbi seçdi.

Alverçi təfəkkürlü R. Həsənov düşünürdü ki, bununla da "təhlükə sovuşdu" və gənc alimlər artıq onun fəaliyyətini tənqid etməyəcək. Amma, yenə yanıldı: rayon təhsilindəki özbaşınalıqların tempi artdıqca, gündəmə gəlmə radiusu da böyüdü.

Gözləntisi doğrulmayan Həsənov, 2020-ci ilin noyabrında gənc alim Daşqın Əliyevi, karantinin düz ortasında işdən çıxarıb "sərt cəzalandırmaq" eşqinə düşdü. Psixoloq alim, bunu öncədən duyduğu üçün, hadisələri qabaqlayaraq istefa verməyə hazır olduğunu bəyan etdi, Həsənovu da istefaya dəvət etdi.
Planının pozulduğunu görən "müdrik" Təhsil müdiri, gənc alimi 2-ci dəfə işə bərpa etməyə məcbur qaldı.

Lakin, sonrakı aylarda da gedişat dəyişmədi: nə Daşqın Əliyev prinsiplərindən vaz keçdi, nə də Həsənov prinsipsizliyindən.
Beləcə, 2021-ci ilin aprel ayında Rəşad cənabları, yeni bir hücuma keçərək, gənc alimi 3-cü dəfə işdən çıxardı.
O, düşünürdü ki, bu dəfə işi birdəfəlik həll edib və artıq heç bir "təhlükə" yoxdur. Hətta, gənc alimlə son haqq hesab aparılmadan o, işdən çıxarıldı.

Amma, "Sən saydığını say, gör fələk nə sayır"! Hüquqi müstəvidə də mübarizəyə keçən D. Əliyev öncə, Dövlət Əmək Müfəttişliyi Xidməti, ardınca da məhkəmə vasitəsilə Həsənovu ifşa etdi və cəzalandırdı.
Belə ki, may ayında Müfəttişlik, psixoloqa ödənilməli olan vəsaitin ödənilməsi barədə mövqe bildirdi və qanun pozuntusunu təsbit etdi.

Daha sonra isə 30 iyun tarixində, Astara Rayon Məhkəməsi, Daşqın Əliyevin işə bərpa və ödənilməyən əmək haqqısının ödənilməsi barədə iddiasını təmin etdi və gənc alimin haqlı olduğunu bəyan etdi.

Beləcə, Həsənov, "baş rolda çəkildiyi" komediya filmlərini daha da zənginləşdirmiş oldu.

İndi artıq bütün Astara, Təhsil müdirinin biabırçı məğlubiyyətindən danışır.
Belə görünür ki, bu unikal və ilginc hadisə, bütün ölkədə məşhur olacaq və haqqında yazılar yazılacaq, filmlər çəkiləcək.

Həsənov, deyəsən, "filmlərdə yer almağı" çox sevir, amma anlamır ki, MƏNFİ OBRAZDA "çəkilməkdədir"...

"Gənc Alimlər"in hazırladığı bu çarx da, həmin filmlərin kiçik bir versiyasıdır.

P.S. Qeyd edək ki, cəmiyyətdə Yunis Dürüst imzasıyla tanınan D. Əliyev Azərbaycanda sosial şəbəkələrə dair yeganə psixoloji kitab olan "Feysbukun və Həyatın Sirləri" kitabının müəllifidir."

dogruxeber.tv

Azərbaycan Təhsilində Unikal Hadisə: 3 Dəfə İşdən Çıxarıldı, 3 Dəfə Də Geri Qayıtdı!


Azərbaycan Təhsilində Unikal Hadisə: 3 Dəfə İşdən Çıxarıldı, 3 Dəfə Də Geri Qayıtdı!

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər