gundem / idman
7.07.2021, 11:47
Eriksensiz Danimarka İngiltərəyə qarşı: AVRO-2020-nin ikinci finalçısı kim olacaq?
DgruXeber.az: - Bu gün AVRO-2020-də turnirdə ikinci finalçının adı məlum olacaq.
İkinci yarımfinal görüşündə İngiltərə və Danimarka kollektivi üz-üzə gələcək.
Komandalar indiyədək 14 dəfə qarşılaşıb. İngiltərə bu oyundan 7-də, Danimarka 4-də qələbə qazanıb. Üç oyun isə heç-heçə başa çatıb.
Sonuncu dəfə komandalar Millətlər Liqasında üz-üzə gəlib. Bu oyunda Danimarka minimal hesablı qələbəyə sevinib. Həmin qarşılaşmada yeganə qolu AVRO-2020-nin qrup mərhələsinin ilk oyununda Finlandiyaya qarşı oyunda ciddi zədə almış Kristian Eriksen vurub.
AVRO-2020-nin 1/4 final qarşılaşmasında İngiltərə Ukrayna üzərində inamlı qələbə qazanıb: 4-0. Danimarka isə Çexiyadan üstün olub: 2-1.
AVRO-2020
1/2 final
23:00 İngiltərə - Danimarka
Baş hakim: Danni Makkeli (Niderland)
London. "Uembli" stadionu



