UEFA Millətlər Liqasının ilk qalibi Portuqaliya oldu
![]()
UEFA-nın ilk dəfə təşkil etdiyi Millətlər Liqasının qalibi müəyyənləşib.
"dördlər finalı"nın həlledici oyununda Portuqaliya və Hollandiya millisi qarşılaşıblar.
Fernandu Santuşun baş məşqçi olduğu Portuqaliya yığması finalda qalib gəlib - 1:0. Yeganə qolu 60-cı dəqiqədə Qonsalu Quedeş vurub.
Bu, Portuqaliya millisinin Santuşun rəhbərliyi altında əldə etdiyi ikinci tituldur. Belə ki, daha əvvəl bu komanda 2016-cı il Avropa çempionatında qızıl medal qazanıb.
Qeyd edək ki, bürünc medala isə İngiltərə sahib olub. Komanda İsveçrəyə penaltilər seriyasında qalib gəlib-6:5.
**16:20 (09.06.2019)
Bu gün UEFA Millətlər Liqasının final qarşılaşması keçiriləcək.
"dördlər finalı"nın həlledici matçında A divizionunun qrup qalibləri - Portuqaliya və Hollandiya millisi qarşılaşacaqlar.
Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Bu matçdan əvvəl - saat 17:00-da isə üçüncülük uğrunda İsveçrə İngiltərə ilə üz-üzə gələcək.
Qeyd edək ki, ilk dəfə təşkil olunan Millətlər Liqasının qalibinə 71 sm-lik gümüş kubokdan əlavə, 7,5 milyon avro pul mükafatı veriləcək. Finalda uduzan komanda isə 6,5 milyon avroya sahib olacaq.Virtualaz.org


