Ağdam təxribatı: Sülhməramlılar nəyi gizlədir?


dogruxeber.tv: - Erməni quldur dəstələri Ağdam rayonunda yolun abadlaşdırılması işlərini aparan Azərbaycan Ordusunun hərbçilərini atəşə tutub və bir əsgər yaralanıb. Maraqlıdır ki, Ağdamda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yerləşməsi də cinayətkarların qarşısını almayıb.

Bu barədə azərbaycanlı alimi, professor Kamran Rüstəmov bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi dözümlülük göstərərək cavab atəşi açmayıb:

“Bakı çox gözəl anlayır ki, erməni quldur dəstələrinin bu təxribatları törətməkdə əsas məqsədi Qarabağda vəziyyəti qızışdırmaqdan ibarətdir. General Muradov bu insidentlə bağlı araşdırma aparmağa məcbur olacaq. O, bu təxribatın iştirakçılarını müəyyənləşdirməlidir. Onlar sonradan Azərbaycan tərəfinə təhvil verilməlidir”, - deyə alim vurğulayıb.

Professor qeyd edib ki, Azərbaycan dərhal həm Rusiya sülhməramlılarını, həm də Monitorinq Mərkəzini insidentlə bağlı məlumatlandıra bildi:

“Lakin bir müddət sonra Rusiyanın Müdafiə Nazirliyi “Dağlıq Qarabağ münaqişəsi zonasında” (Dağlıq Qarabağ münaqişəsi artıq başa çatıb – red.) Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında qəribə bir informasiya bülleteni dərc etdi. RF Müdafiə Nazirliyinin bülletenində deyilirdi ki, Qarabağda atəşkəsə “bütün təmas xətti” boyu əməl edilir. Məndə olan dəqiq məlumata görə, atəşkəs pozulduqdan dərhal sonra Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində təmsil olunan rusiyalı hərbçilər qanunsuz erməni silahlı birləşmələrinin atəş açdığı yerə baş çəkiblər və baş verənlər barədə Moskvaya “ətraflı məlumat” veriblər.

Belə bir sual yaranır: Ya Rusiya-Türkiyə Monitorinq Mərkəzindən olan hərbçilər öz ölkəsinin Müdafiə Nazirliyinə insident barədə dolğun məlumat verməyiblər, ya da Rusiya Müdafiə Nazirliyi yalan təəssürat yaratmağa çalışır ki, sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazidə hər şey sakitdir, hər şey gözəldir və boş-boş şeylərə görə narahat olmağa dəyməz.

Mən qəti əminəm ki, müvafiq qurumlar bu məsələni araşdıracaq və sərt tədbirlər görəcəklər. Əgər bu gün qarşıdurma yaratmaq cəhdlərini cilovlamasaq, sabah proses arzuolunmaz ssenari üzrə gedə bilər”, - deyə Rüstəmov bildirib.//axar.az

Son xəbərlər

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Prezident İlham Əliyev: Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib

Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı

Xətai rayon İcra Hakimiyyəti dəyirmi masa keçirib

Moskva əlindən gələni etdi, Qərb imkan vermədi - Şoyqu

1 vəkil xaric olundu, 1-nə xəbərdarlıq edildi, 5-i isə cərimələndi

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Qubada güclü leysan yolu uçurdu - 6 kəndlə əlaqə kəsildi

Ən zəif internet provayderləri açıqlandı

Lukaşenko Zelenskidən üzr istədi – Belarus başçısından sensasiyalı etiraflar

İşçilərin şirkətdə pay sahibi olması: Yeni qanun layihəsi müzakirəyə çıxarıldı

Müəllimlər üçün vahid forma, yoxsa dres-kod?

Göygöldə minlərlə manatlıq gül və ağac alınır

“Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi

Bütün xəbərlər