Mehman Əliyev nə istəyir yaxud Əli Həsənovun küçüklərinə qısa xatırlatma


dogruxeber.tv: - Son günlər mətbuatn gündəmində olan əsas məsələ Media haqqında qanun layihəsidir. Mehman Əliyev başda olmaqla müstəqil media və azad sözun tərəfdarı olan mətbuat nümayəndələri yeni qanun layihəsinin ictimai müzakirəyə çıxarılmasını tələb edirlər. Qarşı tərəf, yəni Medianın İnkişafı Agentliyi də tələblərə müsbət reaksiya verərək yaxın günlərdə qanun layihəsinin ictimaiyyətə açıqlanacağını bildirib.

Amma zamanında Əli Həsənovun əmrləri ilə cəmiyyətdə nüfuzu olan ləyaqətli insanları təhqir etməklə dolanan küçüklər Mehman Əliyevi hədəfə almağa başlayıb. Belə ki, bu həyasız dəstənin önündə gedən Müşfiq Ələsgərli və Əli Həsənovun başqa küçükləri mövzunu dəyişdirməyə cəhd edirlər. Sanki Mehman Əliyev dövlətin mediaya olan dəstəyinə qarşıdır və bunu xarici qüvvələrin sifarişi ilə həyata keçirir. Ancaq Mehman Əliyevin özünün yazdığı kimi onun istədiyi budur:

Medianın İnkişafı Agentliyi KİV-in kommersiya strukturları kimi vəsait qazanmasına, özünü təmin etməyə qadir olmasına və eyni zamanda jurnalistin peşə-etik kodeksinin meyarlarına uyğun olmasına zəmin yaratmalıdır.

Və bunun üçün də ilk növbədə hazırlanmaqda olan yeni qanun layihəsinin ictimai müzakirəyə çıxarılmasını tələb edir.

Mehman Əliyevin tələbləri dövlətin və hakimiyyətin də maraqlarına uyğundur. Çünki müasir dünyada güclü dövlət qurmağın əsas yolu düzgün informasiya siyasətinin həyata keçirilməsindən başlayır.

Lakin Azərbaycanın inkişafını istəməyən dövlətin sifarişi ilə daim mövcud hakimiyyətlə cəmiyyət arasında uçurum yaratmaqla məşğul olan Əli Həsənovun hələ də vəzifədə işləyən gədələri Mehman Əliyevi bu ölkəyə düşmən kimi təqdim etməyə uğursuz cəhdlər etməklə ürək bulandırırlar. Təəssüf ki, hazırda hakimiyyətin informasiya siyasətini həyata keçirən şəxslər Əli Həsənovdan qalan tör-töküntülərin əsl məqsədini başa düşmür ya da vəziyyətdən məmnundurlar.

SOROS-a işləməkdə ittiham olunan Mehman Əliyevin əsl kimliyini və Azərbaycana göstərdiyi xidmətləri Prezident İlham Əliyev başda olmaqla bütün ali hakimiyyət nümayəndələri bilir. Bilməyənlər üçün təkcə 2 faktı səsləndirmək istəyirik:

– Mehman Əliyev mərhum prezident Heydər Əliyevi 2 dəfə real ölümdən xilas edib. Diqqətli oxucular söhbətin nədən getdiyindən xəbərdardırlar və bu barədə Mehman Əliyevin müsahibələrində dəfələrlə bu barədə danışdığı üçün təfərrüatları açıqlamağa luzum görmürük.

- 44 günlük Vətən Müharibəsində Azərbaycanın informasiya savaşında ən əsas vasitələrdən biri də Mehman Əliyevin rəhbərlik etdiyi Turan agentliyi idi. Uzun illər Əli Həsənovun dövlət vəsaitləri ilə qurduğu media qurumları Vətən savaşında heç nə ilə yadda qalmadılar. Əksinə Azərbaycanın əleyhinə olan informasiyalar yaymaqla məşğul idilər. Bircə Turan agentliyi və Eynulla Fətullayevin rəhbərlik etdiyi haqqın.az saytı ermənilərin super dövlətlərdə yaratdığı informasiya şəbəkəsinə qarşı layiqincə döyüşə bildilər. Bunu dövlətin başında duranlar da yaxşı bilir.

Həmçinin, Turan agentliyi Azərbaycanın iqtisadi maraqlarını da xaricdə ən üst səviyyədə qoruyan media orqanıdır.

Bütün bunları Əli Həsənovu özünün sahibi sayan Müşfiq Ələsgərli, Bəhruz Quliyev və başqa gədələr bilməsə də olar.

P.S. Çox ümid etmək istərdik ki, hakimiyyətin media siyasətini həyata keçirən insanlar Əli Həsənovdan qalan tör-töküntüləri təyinatı üzrə istifadə etmir və etməyəcəklər.//reallıq.tv

Oxunub: 868

Son xəbərlər

Baş nazir qərar imzaladı

“European Tobacco-Baku” ləğv edilib

Simonyan əndazələri aşır: Azərbaycanla bağlı daha bir “ittiham”

“Vulverhempton” İngiltərə Premyer Liqasını tərk etdi

Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib

"Napoli" Romelu Lukakunu 150 min avro cərimələyib

Piramidalarda DƏHŞƏT: ÖLƏN VAR

Bakıda avtobusların sayı ARTIRILDI

Bu bank pulunuza illik 12% gəlir təklif edir

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Bütün xəbərlər