gundem / idman
16.07.2021, 15:43
Bir qrup jurnalist “Neftçi” klubunu ziyarət edəcək
dogruxeber.tv: - Bir qrup jurnalist gələn həftə “Olimpiakos”la cavab oyunuöncəsi “Neftçi” klubunu ziyarət edəcək. Bu barədə “Jurnalistlər Sülh və İnkişaf Uğrunda” İctimai Birliyinin rəhbəri Mətləb Salahov KİV-ə açıqlamasında bildirib.
Qurum rəhbəri bildirib ki, əsasən “Neftçi” azarkeşi olan media nümayəndələri klubun bazasını ziyarət etmək, klubun rəhbərliyi və futbolçularla görüşmək, Yunanıstan təmsilçisi ilə vacib oyunöncəsi komandaya mənəvi dəstək olmaq üçün bu addımı atacaqlar. Qurum rəhbəri diqqətə çatdırıb ki, ölkənin ən köklü futbol klubuna media dəstəyi, ilk növbədə Azərbaycanda futbola gənc nəslin marağını artırmaq, ölkə futboluna ictimai dəstəyi yüksəltməkdir.//dia.az


