gundem / hadise
16.07.2021
Yeni doğulan körpə koronavirusdan ÖLDÜ
Tbilisidə Tsitsişvili uşaq xəstəxanasında koronavirusa yoluxan üçhəftəlik körpə ölüb.
dogruxeber.tv: - "Report"a istinadən xəbər verir ki, onda virusun "Alfa" ştammı aşkarlanıb.
Körpə iki həftədən çox klinikada müalicə olunub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Tsitsişvili klinikasında COVID-19 diaqnozu qoyulan daha iki körpə müalicə olunur. İkiaylıq körpələr reanimasiya şöbəsinə yerləşdirilib.



