Rabitə sektorunda İNHİSARA VERİLƏN DÖVLƏT DƏSTƏYİ... - “Rəqabət mühiti daha da pisləşəcək...”

dogruxeber.tv: - "Bir neçə gün öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NYRT) strukturuna daxil olmayan tabeliyindəki qurum “Azərmarka” MMC “Azərpoçt” MMC-yə birləşdirilib. Bir neçə il öncə də "AzEurotel"in təşkilati-hüquqi forması dəyişdirilərək "Baktelecom"un tabeliyinə verilib. Əvvəllər bu qurumun tabeliyindəki çoxsaylı qurumlar da ləğv edilərək "Baktelecom"a birləşdirilmişdi".

"AzPolitika.info" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz bildirib.

Onun sözlərinə görə, hazırda nəhəng regional dövlət telekommunikasiya operatoru olan "Aztelekom"la Bakı şəhəri və ətraf ərazilər üzrə telekommunikasiya operatoru olan digər inhisarçı qurumun - "Baktelecom"un birləşdirilməsinə hazırlıq görülür.

Mütəxəssisin sözlərinə görə, NRYTN bu qurumları ölkə üzrə vahid "Aztelekom" operatoru olaraq birləşdirməyi nəzərdə tutub: "Bununla bağlı beynəlxalq məsləhətçi şirkət prosesə cəlb olunub. Görünən odur ki, Nazirlik ətrafında ölan, tabeliyində olan və olmayan qurumların təmərküzləşməsi prosesi gedir. Bu qurumların bir çoxu da inhisarçıdır və birləşmədən sonra, müəyyən müddət üçün daha böyük inhisarçı qurumlar formalaşacaq".

O.Gündüz vurğulayıb ki, Nazirlik adı çəkilən inhisarçı qurumların vəziyyətini daha da yaxşılaşdırmaq və bundan sonra özəlləşmə məsələsini gündəmə gətirmək istəyir: "Əlbəttə, Nazirliyin sektorda vəziyyəti yaxşılaşdırmaq, korporativ idarəetməni təkmilləşdirmək, özəlləşdirmədən öncə müəssisələrin start vəziyyətlərini yaxşılaşdırmaq istiqamətidəki addımları anlaşılandır. Xatırlayıram ki, Prezident tərəfindən nazirin təyinatında da sektordakı bu tip problemlərin tez bir zamanda həllinə diqqət yönəldilmişdi.

Amma düşünürəm ki, bu tip birləşmə və təmərküzləşmə addımlarından öncə telekommunikasiya sektorunda müstəqil tənzimləyici qurumu yaratmaq daha doğru olardı. Bu istiqamətdə müəyyən rəsmi mesajlar olsa da, xeyli müddətdir ki, bu sahədə işlər ləngiyir. Əslində 2020-ci ilin sonunda bu proses yekunlaşmalıydı".

Ekspert qeyd edib ki, sözügedən birləşmələr, struktur dəyişiklikləri, inhisarçıların birləşməsi müstəqil tənzimləyici qurum olmadan mövcud rəqabət mühitini daha da pisləşdirə bilər: "Bu baxımdan, fikrimcə, hökumət sektorda müstəqil tənzimləyici qurumun - Milli Telekommunikasiya Qurumunun formalaşdırılmasını sürətləndirməli, telekommunikasiya sektorunda səlahiyyət bölgüsü konkretləşməlidir. Telekommunikasiya sektorunda indiki zamanda kommersiya fəaliyyəti göstərməyən, müstəqil olan, inhisarçılara və özəl sektora bərabər şərait və normal tənzimləyici qaydalar yaratmalı olan dövlət qurumuna ciddi ehtiyac var".

Oxunub: 554

Son xəbərlər

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bütün xəbərlər