Putindən Şimali Kipr XƏBƏRDARLIĞI – Rusiya nədən narahatdır?


dogruxeber.tv: - Son dönəmlərdə geniş müzakirə mövzusuna çevrilən məsələlərdən biri də Şimali Kipr Türk Respublikasının müstəqil dövlət kimi tanınmasıdır. Xüsusilə də, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövzu ilə bağlı verdiyi açıqlamalardan sonra adada ikinci müstəqilliyin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunması ciddi şəkildə qeyd olunmağa başlayıb.

Bundan əlavə, Azərbaycan rəsmilərinin adanın şimal hissəsinə səfərindən sonra rəsmi Ankaradan başqa dövlətlərdən də sözügedən məsələ ilə bağlı fikirlər gəlməyə başlayıb.

İndi də Rusiya Prezidenti Vladimir Putin Kremlin Şimali Kiprin müstəqilliyini tanıyıb-tanımyacağına aydınlıq gətirib. Belə ki, son dönəmlər Türkiyə ilə inkişaf edən münasibətlər fonunda Moskvanın məsələyə müsbət yanaşması ehtimalları olsa da Rusiya liderinin açıqlaması bütün bu proqnozların üzərindən xətt çəkib.

Kreml lideri açıqlamasında Kiprdəki türklərin davranışlarının qəbuledilməz olduğunu və problemin beynəlxalq normalara uyğun həllinin vacibliyini qeyd edib.

Təbii ki, Rusiyanın bu cür mövqe tutmasının da bir sıra səbəbləri var.

Birincisi, Rusiya özü federativ respublikadır və ərazisində yaşayan bir sıra etnik azlıqların daxili idarəetmədə müəyyən sərbəstlikəri var. Əgər rəsmi Moskva Kipr məsələsində Türkiyənin mövqeyindən çıxış edərsə, tərkibində olan republikalar da eyni tələblə çıxış edə bilərlər. Bu isə, Kremlin eyni anda bir çox problemlərlə qarşı-qarşıya qalması deməkdir.

İkincisi, Moskvanın özünün də Şimali Kiprdə olduğu kimi bir sıra təcrübələri mövcuddur. Hər nə qədər Kreml tərəfindən inkar edilsə də, Ukrayna ilə Donetsk və Luqansk, eyni zamanda Gürcüstanla Abxaziya, Cənubi Osetiya, Moldova ilə isə Dnestryanı Respublika ilə Rusiyanın birbaşa bağlılığının olduğu məlumdur. Əgər Moskva Kipr məsələsində adadakı türklərin müstəqil dövlətlərini tanısa, özünün qeyd olunan fəaliyyətlərinə qarşı beynəlxalq arenadan ciddi təzyiqlər görə bilər.

Xüsusilə də, Qərblə münasibətlərin kəskinləşdiyi bir vaxtda Moskvaya yeni problem heç cürə sərf etməz.

Lakin məsələ ilə bağlı beynəxalq hüquq normaları çərçivəsindən çıxış etməklə Rusiya adıçəkilən regionlarda əlinin olmadığını nümayiş etdirmək imkanı qazanır.
Sadalan səbəblərə görə, rəsmi Moskvanın Türkiyənin mövqeyini dəstəkləməsi mümkün deyil. Lakin sırf bu məsələnin də, Türkiyə-Rusiya münasibətlərinin gələcək seyrinə mənfi təsir göstərəcəyini iddia etmək doğru olmazdı. Xüsusilə də, son dönəmlərdə baş verən meşə yanğınlarına verilən dəstək, “S-400” raketlərinin alqı-satqısında əməkdaşlığın inkişafı, Qarabağda sülhün qorunmasındsa birgə iştirak kimi hadisələr Moskva və Ankara arasında əlaqələrin daha da möhkəmləndiyinin göstəricisidir.

Qeyd edək ki, bir neçə gün öncə də Rusiyanın məsələ ilə bağlı mövqeyini Kremlin sözcüsü Dimitri Peskov da oxşar şəkildə nümayiş etdirmişdi.

Belə ki, Peskov Moskvanın Şimali Kipr Türk Respublikasının müstəqilliyinin tanınmasına qarşılıq olaraq, Türkiyənin Krımı Rusiya torpağı kimi qəbul etməsi məsələsinin gündəmdə olmadığını dilə gətirmişdi.//bizim.media//

Oxunub: 555

Son xəbərlər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər.

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Rəsmi şəxs yadplanetlilərin mövcudluğunu təsdiqlədi – “Şəxsən görmüşəm”

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir

Azərbaycan-Çexiya İkitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Putin ermənilərə çağırış etdi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

Bütün xəbərlər