Azərbaycanda mənzil qiymətləri niyə gün keçdikcə yüksəlir? – Bahalaşmanın səbəbləri

dogruxeber.tv: - Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ilin birinci yarısında istifadəyə verilən yaşayış evlərinin sahəsi 64 faiz (2,85 dəfə) azalıb. Yaşayış evlərinin azalması daha çox Bakı şəhərində müşahidə edilib.

Tikinti işlərinin həcminin azalmasının səbəblərini Sfera.az saytına şərh edən Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov bunu 2 səbəblə əlaqələndirdi.

E.Azadovun fikrincə, əsas səbəblər pilot layihələrin sayının azalması və tikinti norma və qaydalarının sərtləşdirilməsidir:

"Artıq tikinti şirkətləri yeni vergi formasına cəlb olunublar. Onlar inşaat materiallarını "qara bazar”dan almır, bütün alqı-satqı əməliyyatlarını rəsmi qaydada həyata keçirir. Yeni tələb onların vergi və digər məsələlərlə bağlı qanuni xərclərini artırıb. Bununla yanaşı, inşaat normativləri sərtləşdirilib. Bir neçə il əvvəl 1 hektar (100 sot) sahədə 50-60 min kvadrat metr tikinti işi aparmağa icazə verilirdisə, hazırda icazə verilən sahə 2 dəfə azdır. Tikinti həcminin azaldılması maya dəyərinin yüksəlməsinə səbəb olub ki, bu da bir çox tikinti şirkətləri üçün əlverişli deyil”.

E.Azadov yaşayış evlərinin tikintisinin azalmasının digər səbəbini pilot layihələrin sayının azalması ilə izah etdi:

"Nazirlər Kabinetinin 2016-cı ildə qəbul etdiyi 86 saylı qərara əsasən 9 rayonda pilot layihələrin icrasına başlanıldı. Qərara əsasən hər rayon icra hakimiyyəti öz ərazisində yaşayış üçün əlverişsiz olan, köhnə, qəzalı sayılan binaları tikinti şirkətləri üçün hazırlayıb verirdilər. Bu qərara əsasən icra edilən tikinti layihələri köhnə inşaat normativlərinə görə həyata keçirilirdi və hər hektar sahədə 50-60 min kvadrat metr tikinti aparmaq olurdu.

Qərar 2019-cu ildə qüvvədən düşənə qədər yeni binaların tikinti sayı artırdı. Bir ildə 60-80 yeni binanın tikintisinə başlanılırdı. Nazirlər Kabinetinin qərarı qüvvədən düşdükdən sonra isə hər il cəmi 20-30 mənzilin tikintisinə start verilir. Artıq pilot layihələr yoxdur. İndi şirkətlərə deyirlər ki, öz vəsaitinlə əhlini köçür, sök, yeni bina tik, əhalini yerləşdir, özün də qazan. Bu şərtlər tikinti şirkətlərinə sərf etmədiyindən yaşayış evlərinin tikintisinin həcmi azalıb”.

E.Azadov qeyd etdi ki, tikintinin azalması yeni binalarda satışa çıxarılan mənzillərin dəyərini artırıb. Onun məlumatına əsasən, şirkətlər yeni mənzillərin qiymətini 10-15 faiz artırıb.

Son xəbərlər

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Xəzərdə zəlzələ olub

Avro və rubl bahalaşdı

Xarici qüvvələr ərazimizə yaxın olduqları müddətdə risk altındadırlar -Əraqçi

Rusiyanın liman və aeroportları da sanksiyalar siyahısında

Əli Əsədovdan mühüm SƏRƏNCAM

Onların məhkəməsi başlayır

Evini satanlar üçün ciddi problem: Minlərlə vətəndaş qeydiyyatsız qala bilər

Ermənistan Rusiyadan yeni “Tor” kompleksləri aldı

Tedesko yeni komandasında imzasını atdı

Hikmət Hacıyev: “Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib”

Bakının bu ərazisində göl daşdı, həyətlər çirkab su ilə doldu

AMB rəsmisi: Azərbaycan ödəniş əməliyyatlarında yeni zirvələrə çatıb

Rusiya müharibənin bitmə şərtini açıqladı

ABŞ məhkəməsi Trampın "H-1B" vizaları üçün müəyyən etdiyi 100 min dollarlıq rüsumu ləğv edib

İşləyənlərə əlavə pul veriləcək - Yeni qaydalar açıqlandı

10 məşhurun narkotik testi müsbət çıxdı

Kərim Xan vəzifəsindən kənarlaşdırıldı

İmamoğlu və Özəl silindi...

Yol tikintisi apararkən 13 min torba qızıl tapdılar

Bakının iki rayonunda işıq olmayacaq

“Mərkəzi Klinika”nın həkimi müharibə əlilinin ölümünə səbəb oldu – İDDİA

Bütün xəbərlər