gundem / iqtisadiyyat / sosial
13.08.2021
Yeni qlobal İQTİSADİ BÖHRAN gəlir - Ekspertlərdən müharibə, aclıq, xəstəlik ANONSU
Dünya yeni iqtisadi böhranın astanasındadır.
dogruxeber.tv Bizim.Media-yaistinadən xəbər verir ki, Rusiyanın beynəlxalq investitsiya ekspertləri belə bir rəyə gəliblər.
Onlar hesab edirlər ki, ABŞ Federal Ehtiyat Sistemi və Avropa Mərkəzi Bankı öz yumşaq valyuta siyasətlərinin tələsinə düşüblər. Bu siyasət bazarların çöküşü ilə nəticələnib:
1. Birjada aktivlər bahalaşıb, lakin inkişaf etmiş ölkələrin bir çox dövlət istiqrazlarının gəlirliliyi neqativdir.
2. Likvidlik böyükdür, amma inflyasiya ABŞ-da daxil olmaqla ölkələrin ehtiyatlarını “yeyir” və investisiyaların cəlbediciliyini təhdid edir.
3. FES-in problemsiz addımlarına baxmayaraq, Mərkəzi Bankların buna sərtləşdirmə siyasəti ilə reaksiya verməsi bazarları çökdürə bilər.
4. Sərtləşdirmə kreditlə yaşayan "zombi şirkətlər"in iflası ilə nəticələnə bilər.
Ekspertlər ABŞ və qlobal iqtisadiyyatlardakı yüksək inflyasiya proqnozunun həm də hava temperaturunun kəskin istiləşməsi ilə bağlı olduğunu açıqlayıb və gözlənilən riskləri sadalayıblar:
*Təbii fövqəladə halların artması,
*COVID-19-dan sonra yeni virusların ortaya çıxması,
*Sosial bərabərsizliyin artması,
*Silahlı qarşıdurmalar.
Qlobal karbohidrogen istehlakının azalması isə Rusiya üçün əlavə faktor olaraq göstərilir. Hər halda Rusiyalı ekspertlər bu fikirdədirlər.


