“İstismar müddəti bitmiş binalara kredit verilmədiyinə görə...” - İpotekaya maraq niyə azalıb?

dogruxeber.tv: - 2021-ci ilin yanvar-iyul ayları ərzində banklar tərəfindən 230 500 000 manat həcmində ipoteka krediti verilib. Mərkəzi Bankın məlumatına əsasən, avqust ayının 1-nə vətəndaşların əldə etdiyi ipoteka kreditlərinin həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 98 700 000 manat və ya 1,7 dəfəyə qədər artıb. Müvafiq dövr ərzində İpoteka və Kredit Zəmanət Fonduna dövlət tərəfindən 35 600 000 manat vəsait ayrılıb ki, bu rəqəm ötən ilin göstəricilərinə nəzərən 107 800 000 manat və ya 4 dəfəyə qədər azdır. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 182 300 000 manat olub. 2020-ci ilin avqust ayının əvvəlinə olan göstəricilərlə müqayisədə yenidən maliyyələşdirilən kreditlərin həcmi 147 500 000 manat və ya 5,2 dəfə artıb. Fondun ipoteka portfeli üzrə orta aylıq faiz dərəcəsi əvvəlki ayla müqayisədə sabit qalıb və 6,32 səviyyəsində olub. İlin əvvəlindən orta aylıq faiz dərəcələri 6,32-6,34 arasında dəyişib. Orta aylıq ödənişlərin həcmi isə iyun ayı (380,1 manat) ilə müqayisədə artaraq, 381,5 manat həcmində müəyyənləşib. İlin əvvəlindən orta aylıq ödənişlərin həcmi 370,2-381,5 manat arasında dəyişib.

Bəs bu gün vətəndaşlar üçün ipoteka kreditləri nə dərəcədə əlçatandır?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirib ki, ipoteka kreditləri hazırda yalnız dövlət deyil, kirayə yolla mənzillərin satılmasını ipoteka krediti kimi uzunmüddətli kreditlə verirlər:

“Həmçinin Mənzil İnşaat Dövlət Agentliyinin satdığı mənzillər də uzunmüddətli ipoteka kreditləridir. Onların sayı artdıqca, tələbat da artır. Əslində bu qayda ilə ev almaq istəyənlər daha çoxdur. Sadəcə qoyulan şərtlər və tələblər hər insan üçün əlçatan deyil. Burada yalnız İpoteka və Kredit Zəmanət Fondunun şərtlərində yumşalma oldu. Rəsmi iş yeri olan deyil, VÖEN-lə fəaliyyət göstərən hər hansı bir vətəndaş, əgər rəsmi gəliri varsa, vergilərdən qeydiyyatdan keçirsə, vaxtında ödəyirsə, o insanlar da ala bilərlər. Ancaq digər tərəfdən ipoteka kreditlərinin sayı artsa da, nağd satışlarda pay azalıb. Əvvəlki illərlə müqayisədə müşahidə edilən bu azalma az deyil. Məsələn, 3-4 il bundan əvvəl daha çox yenitipli binalar tikilirdi və həmən satılırdı. Ancaq indi əvvəlki kimi tikilmir, çünki həm şəhərdə torpaq məhduddur, həm də pilot layihələrdə də səngimələr müşahidə edilir. Bu baxımdan müşahidələr göstərir ki, müştəri var, ancaq əvvəlki kimi deyil”.

Ekspert deyib ki, kreditlərin faizlərinə gəldikdə 4 rüb ərzində ipoteka kreditləri verilir:

“Bu baxımdan ilin əvvəli ilə ortasında eyni statistik rəqəm ola bilməz. İpoteka kreditlərinə əvvəllər təlabat daha çox idi. Çünki köhnə beşmərtəbəli binalara da kreditlər ayırırdılar. İstismar müddətini itirmiş binalara ipoteka kretditləri verilmədiyinə görə hər adam ala bilmir. Sovet dövründə tikilmiş doqquzmərtəbəli binalar, yaxud eksperimental layihələr var. 80-ci illərdə tikilmiş binaların sayı da azdır və bütün bina satılmır. Hər binada bir və ya bir neçə mənzil ola bilər ki, yararlı olsun. Vətəndaşlar onu almaq istəyir, ancaq ala bilmirlər. İstədiyi yerdə ipoteka düşmür, yeni tikili binalarda da kvadratı böyük olduğuna görə çox baha olur. Aylıq ödəmələri ödəyə bilmədiyinə görə vətəndaş imtina edir”.

Son xəbərlər

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

BMT: Dünyada ərzaq ucuzlaşıb

Dövlət Xidməti Ağsuda vətəndaş qəbulu keçirdi

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Yay üçün arıqlamaq istəyənlər bu səhvə yol verməsinlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Bütün xəbərlər