Düyünü açılmayan VETERANLIQ STATUSU: - "Bu məsələlər Ali Baş Komandana çatarsa..."

dogruxeber.tv: - “Şəhidlər Qarabağı bizə miras qoyub getdilər, əlillər həm əlil olduqları üçün, həm də əlilliyə görə prezident təqaüdü alırlar. O şəxslər ki, müharibə veteranıdır, təcrübəsi var, onlar heç nə almırlar. Sabah müharibə başlayarsa, ora şəhid və əlili apara bilməyəcəyik, ora təcrübəsi olan, ancaq veteranlığını ala bilməyən şəxsləri aparacağıq”.

Bu fikirləri Vətən müharibəsinin üzərindən bir ilə yaxın vaxt keçməsinə bamayaraq, veteranlıq statusunun hələ də öz həllini tapmamasına münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Ədalət Verdiyev veteranlığın verilməməsini prezident İlham Əliyevin sərəncamına qarşı gəlmək kimi dəyərləndirib:

“İnsan əvvəlcə hərbi xidmətə çağırılır, sonra döyüşə qatılır. O, artıq ilk döyüşdən veterandır. Yalnız bundan sonra şəhid olur, yaralanır, fərqlənib, orden və medalla təltif olunur və tərxis olur. Tərxis olma səbəbi şəhid olduğu, yaralandığı və xidmət müddəti başa çatdığı üçün ola bilər. Proseslər belə gedir. Öncə hərbçi veteran olur, sonra şəhid, əlil, daha sonra təltif edilir. Bizdə isə bu iş yuxarıdan aşağı doğru gedir. Hərbçi təltif olunub, ordenləri, medalları var, artıq yaxasında gəzdirir. İnsanın əlində sənədi var ki, müharibə əlilidir, ancaq hələ veteran deyil. Halbuki öncə veteran olmalı idi, sonra digər proseslər baş verməli idi. Proseslər tam tərsinə cəryan edir. Bu, absurd bir şeydir. Birinci müharibədə də veteranlığı gec aldıq. Əlilliyi də, veteranlığı da gec alanlar oldu. Əgər siyahı nazirlikdə tərtib olunubsa, adam yaralanıbsa, üstündə medal gəzdirirsə, bunun nəyini araşdırırıq? İnsan var ki, yaxasında 4 medal gəzdirir, veteranlığı yoxdur. Kimsə prezident sərəncamına qarşı çıxmaq istəyir? Bunları anlamaq olmur. Bu məsələ təcili həllini tapmalıdır. Əks halda, bu məsələlər Ali Baş Komandana çatarsa, kimlərsə sərt şəkildə cəzalana bilər. Bir dəfə də olsun, Nazirlər kabinetinin veteranlıq məsələsini araşdıran komissiyası çıxıb nəyi araşdırdıqlarını, məsələnin hansı mərhələdə olduğunu açıqlamayıb”.

Oxunub: 584

Son xəbərlər

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatdı

Neft qiymətləri YÜKSƏLDİ

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Qazaxıstan "Drujba" tranzit tənzimləmələri səbəbindən 260 min ton nefti yenidən bölüşdürəcək

Modriç mövsümü başa vurdu

Minifutbol üzrə Azərbaycan millisi dünya reytinqində birinci pilləyə yüksəldi

“WhatsApp” 4 aydan sonra bu telefonlarda işləməyəcək

Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

"Həzi Aslanov" metrostansiyasında görülən işlərə dair son vəziyyət açıqlanıb

Rusiyada əlverişsiz hava şəraitinə görə 1 uşaq ölüb, 31 nəfər xəsarət alıb

Dünya və Avropa çempionumuz Kamran Zeynalov Özbəkistanda keçirilən beynəlxalq konfransda çıxış edib

Azərbaycan Beynəlxalq Təchizat Zənciri və Liman Logistikası sərgisində iştirak edir

Almaniyanın diplomatları Xankəndi ilə tanış olublar

Aİ Myanmaya qarşı sanksiyaları bir il uzadıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

BTC ilə bu il nəql olunacaq “Kaşaqan” neftinin həcmi açıqlanıb

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Bütün xəbərlər