YENƏ “ACCESSBANK”, YENƏ ZƏRƏR... - Bütün səylərə baxmayaraq, “qara zolaq”dan çıxa bilmir

dogruxeber.tv: - Ötən illərdə kiçik və mikro sahibkarlıq subyektləri arasında kifayət qədər populyar olan “AccessBank” bütün səylərə baxmayaraq, yenə də ziyanla işləyən banklar sırasında öndədir.

“AzPolitika.info” bankın rəsmi hesabatlarına istinadla xəbər verir ki, “AccessBank” 2021-ci ilin birinci yarısının yekunlarına görə 2 milyon 24 min manat ziyan edib. Bu göstəricidə bank yalnız maliyyə durumu az qala kritik dərəcədə pisləşən “Bank Avrasiya”-dan geri qalır. Belə ki, həmin bank ilin birinci yarısını 3 milyon 929 min manat zərərlə başa vurub.

Lakin “Bank Avrasiya”dan fərqli olaraq, “AccessBank”-ın imkanları, kapitallaşma səviyyəsi, aktivləri daha yüksəkdir. Buna baxmayaraq, bank zərərlə işləməkdə davam edir.

Doğrudur, “AccessBank” 2020-ci ilin dördüncü rübünü 2.6 milyon mənfəətlə başa vurmuşdu. Lakin göründüyü kimi, cari ilin ilk 6 ayında yenə zərərlə işləyərək, demək olar ötən ilin sonundakı mənfəəti də “yemiş olub”.

İllərin təcrübəsi göstərir ki, zərərlə işləmək bir növ “AccessBank” üçün adət halını alıb. Belə ki, hələ pandemiyadan əvvəl, necə deyərlər dünyanın düz vaxtında “AccessBank” ölkə bankları arasında ən çox zərər edən banklardan biri olub. Ümumiyyətlə, 2020-ci ilə qədər bank ardıcıl 4 il ziyanla işləyib. Buna görə mütəxəssislər onu ölkənin ən riskli banklarından biri hesab ediblər.

2019-cu ilin ortalarına qədər hətta “AccessBank” məcmu kapital üçün nəzərdə tutulan minimum həddi belə təmin edə bilmirdi və yalnız yeni səhmdarların banka qoşulmasından sonra bu problem aradan qalxmış oldu. Buna baxmayaraq, 2019-cu ilin yekunlarına görə “AccessBank” Azərbaycanda ən böyük məbləğdə ziyan edən bank oldu. Belə ki, bank həmin ili 89 milyon 704 min manat, yəni az qala 90 milyon manat xalis zərərlə başa vurdu. Bununla yanaşı, “AccessBank” 2016-cı ili 100,889 milyon manat, 2017-ci ili 56.4 milyon manat, 2018-ci ili isə 11.5 milyon manat zərərlə başa vurmuşdu.

Xatırladaq ki, bu qurumun ilk səhmdarları Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı və digər nüfuzlu beynəlxalq və xarici maliyyə institutları olub. Ölkədəki neft gəlirləri bumu illərində sahibkarlarımıza yüksək faizlə kredit verərək, (özü də kölgə iqtisadiyyatına rəvac verərək, “qara mühasibatlıq” əsasında) bu təşkilatlar “AccessBank” vasitəsilə böyük qazanc əldə ediblər. Son illərdə isə bank heç cür “qara zolaq”dan çıxa bilmir.

Görünür, bankın problemli kreditlərin həcmi həddindən artıq böyükdür və bank bu problemin öhdəsindən gəlməkdə böyük çətinliklər çəkir. Belədə isə “AccessBank”ın kredit portfeli və depozitlərdə göstərdiyi artım öz mənasını itirmiş olur.

Ümumiyyətlə, mütəxəssislər bankın problemli kreditlərinin həcminin böyüklüyünü ötən illərdə kreditlər verilərkən bank tərəfindən ciddi qanunsuzluqlara yol verməsi və kredit müqavilələrinin, eləcə də məhkəmə iddialarının savadsız formada hazırlanması ilə əlaqələndirirlər.

Onu da qeyd edək ki, əvvəlki illərdən fərqli olaraq, “AccessBank” aktivlərinin miqyasına görə aparıcı banklardan biri sayıla bilər. Ötən ilin sonunda bankın aktivləri 900 milyon manata yaxın olub ki, bu göstəriciyə görə də bank 26 bank arasında 7-ci olub. Ancaq ya idarəçilikdəki çatışmazlıq, ya da hansısa digər səbəblərdən aktivlərinə görə 7-ci olan bank zərərə görə bank sektorunun demək olar ki, lideridir.//“AzPolitika.info”

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər