ABŞ Rusiyanı sıxmaq və Kiyevə yardım etməklə ukraynalıların mövqeyini gücləndirir - GƏLİŞMƏ

DogruXebər.az : - ABŞ və Ukrayna prezidentləri Co Baydenlə Vladimir Zelenski arasında Ağ Evdə baş tutan görüş iki saat davam edib. Görüşdə iki ölkə arasında vacib sahələr üzrə strateji tərəfdaşlığın vacibliyi vurğulanıb. Co Bayden bildirib ki, ABŞ Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə inandırıcı şəkildə sadiq qalmaqdadır: “Ukraynanın Avroatlantik istəklərinə dəstəyimiz sarsılmaz olaraq qalır. ABŞ Ukraynanın demokratik islahatlara və Avropaya inteqrasiyaya nail olmağa doğru siyasətini də dəstəkləyir”.

Amerika rəhbəri növbəti dəfə Ukraynaya səfər etmək istəyini də açıqlayıb: “Bir neçə il əvvəl Ali Radada çıxış etmək imkanımı xatırlayıram. Ümid edirəm, yenidən Ukraynaya səfər etmək imkanı qazanacağam”.

Görüşdə Ukraynanın təhlükəsizlik və müdafiə, demokratiyanın inkişafı, insan haqlarının qorunması, kibercinayətkarlığa qarşı birgə mübarizə, münaqişənin həlli məsələləri əsas müzakirə mövzusu olub. Müzakirələrdən sonra birgə bəyanatda qeyd olunub ki, Vaşinqton 2021-ci ildə Ukraynaya demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, məhkəmə sistemində islahatların aparılmasına daha 463 milyon dollar yardım ayıracaq.

Baydenlə görüşündən danışan Zelenski müzakirələrin məhsuldar keçdiyini, əsl kişi söhbəti olduğunu deyib. Ukrayna lideri açıqlamasında görüşün planlaşdırıldığı kimi bir saat deyil, iki saat davam etməsini tərəflərin dialoqa maraqlı olması ilə izah edib: “Ünsiyyət zamanı mənfilik hiss etmədim. ABŞ-dan Ukraynaya, mənə, komandama heç bir mənfi təsir göstərilmədi”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Zelenskinin Amerikaya səfərini dəyərləndirib. XİN sözçüsü deyib ki, ABŞ Ukraynadan Rusiyaya qarşı silah kimi istifadə edir: “Vaşinqtonun Kiyevi Rusiyaya qarşı silah olaraq istifadə etməsi kifayət qədər proqnozlaşdırıla bilər və kədərli nəticələrə yol aça bilər. Bu nəticələr Ukrayna üçün də keçərli olacaq. Bəzi nəticələr ortadadır. Bunların arasında Ukraynanın milli maraqlarını itirməsi, dövlətin funksionallığını itirməsi, dövlətin maraqları və funksiyalarının yerinə ABŞ-ın maraq və funksiyalarının keçməsi, tarixi kimliyin itirilməsi var”.

İki ölkə rəhbərinin diqqət mərkəzində olan təmasını “Şərq”ə təhlil edən politoloq Azər Rəşidoğlunun fikrincə, Ukrayna Prezidenti Zelenskinin ABŞ səfərini uğurlu hesab etmək olar. Analitikə görə, Kiyev Vaşinqtondan iqtisadi dəstək almağa nail oldu:

“Amerika və Ukrayna Qara dəniz, kiber təhlükəsizlik və kəşfiyyat sahəsində əməkdaşlığı artıracaq. Co Bayden Kiyevə 60 milyon dollarlıq yeni hərbi yardım paketini təsdiqlədi. ABŞ Ukraynanın NATO-ya üzv olmaqla bağlı istəyini alqışlayır. Digər tərəfdən “Şimal axını-2” layihəsi və Ukraynanın enerji təhlükəsizliyinin təminatı da Zelenskinin səfəri zamanı öz həllini tapdı. Ukrayna prezidenti Dünya Bankı ilə kənd təsərrüfatı sahəsində, Müdafiə Nazirliyi ilə müdafiə sahəsində strateji sənədlər imzaladı”.

A.Rəşidoğlu qeyd edib ki, təhlükəsizlik, enerji layihələri, hüquq sistemində islahatlar istiqamətində əməkdaşlığın artırılması Kiyevə milyonlar qazandıracaq:

“Apple” şirkəti Ukraynaya yatırım qoyacaq. Bütün bunlar real yardımlardır. Təbii ki, amerikalılar ukraynalıların əvəzinə Şərqi Ukraynada savaşmayacaqlar. Lakin Rusiyanı sıxmaq və Kiyevə yardım etməklə ukraynalıların mövqeyini gücləndirirlər. Slavyan zəncirinin ən mühüm halqası olan Kiyevlə əməkdaşlıq, Ukraynanın NATO üzvlüyünə dəvət olunması Moskvaya ciddi zərbədir. Real yardımların miqyasının genişlənəcəyini düşünürəm”.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər