---
6.09.2021, 10:39
Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi
Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölüb.
DogruXebər.az : - News24.az-a istinadən xəbər verir ki, Xalq artisti təqaüdünü 2 qaziyə verib.
Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlər zamanı ağır yaralanan Rəvan Əzizovdur.


