İranın Xankəndi təxribatı: Azərbaycan hansı addımı atacaq? - AKTUAL

dogruxeber.tv: - “Azərbaycan region ölkələri ilə həmişə dinc şəkildə əməkdaşlığın və münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olub, hər zaman da öz mövqeyində bunu aydın nümayiş etdirib. Dünya ölkələrinin ərazi bütövlüyü məsələsinə ölkəmiz həmişə hörmət göstərib. Ona görə, eyni mövqeni dünya ölkələrindən tələb etmək haqqına da malikdir”.

Bu sözləri Modern.az-a Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Elşad Mirbəşiroğlu Gorus-Qafan yolunda İran yük maşınlarının iki sürücüsünün Azərbaycan polisi tərəfindən saxlanılmasından danışarkən deyib.

Deputat vurğulayıb ki, Azərbaycan ərazilərindən istifadə edərək, qanunsuz yükdaşımaları həyata keçirənlərə haqlı olaraq Azərbaycan qanunlarına uyğun şəkildə sərt reaksiya nümayiş etdirilir və etdiriləcək:

“Konkret İrana məxsus yük maşınlarının “Stepanakert, Armenia” sənədi əsasında Azərbaycan ərazilərində qanunsuz hərəkəti qınanılan halıdır. Bu, Azərbaycan-İran münasibətlərinin xarakteri ilə heç cür uzlaşmır. İran Azərbaycan ərazi bütövlüyünü tanıdığını, ölkəmizlə münasibətlərə önəm verdiyini həmişə dilə gətirib, amma belə hallar iki ölkə arasındakı münasibətlərə müəyyən soyuqluq gətirə bilər. Belə hallara olduqca həssas yanaşılmalıdır”.

Elşad Mirbəşiroğlunun fikrincə, “Stepanakert, Armenia” qeydi olan sənədlərdən istifadə ciddi düşüncələr üçün də əsas yaradır:

“Ermənistanın ölkəmizə qarşı təxribatlarının bir istiqaməti də region ölkələri ilə Azərbaycanın münasibətlərinə soyuqluq gətirməyə, gərginlik yaratmağa hesablanıb. Ona görə düşünürəm ki, məsələni dərindən araşdırmaq lazımdır. Burada erməni izinin, erməni təxribatlarının olmağını da nəzərdən keçirmək mütləqdir. İran tərəfi də öz sərhədləri boyunca ciddi nəzarəti həyata keçirməlidir. Azərbaycan ərazilərində heç bir halda qanunsuz hərəkətlərə yol verilməməlidir. Qafan-Gorus yolunun 21 kilometr ərazisi Azərbaycanın nəzarəti altındadır. Bu ərazidən qanunsuz yüklərin keçməsinə təbii ki, yol verilməyəcək. Düşünürəm ki, İran tərəfi də münasibətlərə zərər gətirəcək addımların qarşısının qətiyyətlə alınmasında maraqlı olmalıdır”.

Qeyd edək ki, Ermənistan mətbuatı Gorus-Qafan yolunda İran yük maşınlarının iki sürücüsünün Azərbaycan polisi tərəfindən saxlanıldığı barədə məlumat yayıb. Səbəb kimi həmin sürücülərin Xankəndinə yük daşımasını təsdiq edən sənədlərinin olması göstərilib. Yayılan sənədlər İranın Xankəndinə yük daşıdığını bir daha sübut edir. Sənədin üzərində çatdırılma ünvanı “Stepanakert, Armenia” yazılıb.

İran dövləti öz sürücülərinə verdiyi rəsmi sənəddə Xankəndinin Ermənistan şəhəri olduğunu yazmaqla Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb.

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər