gundem / siyaset
28.09.2021, 10:45
İrəvanın “Qələbə” meydanında erməni qırğını... – 15 atəş, 1 ölü, 1 yaralı...
dogruxeber.tv : - Sentyabrın 28-ə keçən gecə İrəvanda güclü atışma səsləri eşidilib. Təxminən saat 01:40 radələrində İrəvan daxili işlər idarəsinin əməliyyat idarəetmə mərkəzinə Azatutyan prospektindəki “Qələbə” parkının qarşısında atəş açılması barədə zəng daxil olub.
Moderator.az xəbər verir ki, Ermənistanın Shamshyan.com saytının məlumatına görə, polis hadisə yerində işləyərkən Arabkir polis bölməsinə 8 saylı xəstəxanaya güllə yarası ilə iki vətəndaşın çatdırıldığı, onlardan birinin - qızın öldüyünü və kişinin yaralı olduğu bildirilən zəng gəlib.
Hadisə yerindən 15 giliz tapılıb. Araşdırma davam edir.
Qeyd: “Qələbə” sözü müəllif tərəfindən bilərəkdən dırnağa alınıb...


