gundem
3.07.2019, 10:58
Kaliforniyada ticarət mərkəzində atışma: yaralılar var
![]()
ABŞ-ın Kaliforniya ştatında atışma baş verib.
dogruxeber.tv Trend-ə istinadən bildirir ki, atışma ştatın San-Bruno şəhərində ticarət mərkəzlərinin birində qeydə alınıb.
Hadisə yerinə çatan polis güllə yarası almış 2 nəfəri aşkar edib. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri stabil qiymətləndirilir.
İlkin məlumata görə, ticarət mərkəzində iki nəfər bir-birinə atəş açıb və hadisə yerində olan 2 yeniyetmə yaralanıb.
Hazırda atəş açan şəxslərin axtarışı aparılır.


