Bu yerlərdə COVİD pasportu TƏLƏB OLUNACAQ - AÇIQLAMA

dogruxeber.tv : - Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin qərarına uyğun olaraq, oktyabrın 1-dən etibarən mədəniyyət obyektləri, kinoteatrlar, teatrlar və konfrans zalları, istirahət və əyləncə məkanları, həmçinin uşaq əyləncə məkanları (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar saat 00:00-dək fəaliyyəti bərpa edilir.

Bu barədə DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitləri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanları kateqoriyasına kompyuter-oyun (PlayStation) zal və salonları da daxildir.

Bu sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər, 18-dən yuxarı olmayan şəxslərdən isə COVID-19 pasportu tələb olunmur. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVİD-19 pasportu tələb olunan məkanlara COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil ola bilərlər.

Fəaliyyəti bərpa olunan digər qapalı məkanlarda olduğu kimi kompyuter-oyun (PlayStation) zal və salonlarında tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə, sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə tətbiq edilən digər tələblərə riayət olunmalıdır. Bununla bağlı müvafiq nəzarət tədbirlərinin icrası diqqətdə saxlanılacaq, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər uyğun olaraq inzibati məsuliyyətə cəlb ediləcəklər.

COVİD-19 pasportu tələb olunan iş və xidmət sahələri üzrə fəaliyyət göstərən məkanlarda qeydə alınan pozuntu hallarına görə məkan sahibi birbaşa cavabdehlik daşıyır.

Son xəbərlər

Azərbaycanda texnogen hadisələr 21 faiz azalıb

Maaşlar nə zaman artırılacaq?

Gəncədə 15 yaşlı qızı vuran maşının sürücüsü hadisə yerindən qaçıb

Sabahdan bəzi yerlərə yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Trampdan sonra Putin də Çinə gedir

Azərbaycanda iki yeni institut yaradıldı

Baxış Babayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olundu

Yeni sistem: Robotlar işçilərə nəzarət edəcək

Paşinyan seçkilərdə qələbə qazanacağına əmindir

Masallıda “Azərçay” mövsümü: Jurnalistlər məhsul yığımını izlədilər

“Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var

Mütəxəssislər "Sabah"ın qələbəsinin, "Qarabağ"ın titulsuz qalmasının səbəblərini açıqladı

DİM sədri buraxılış imtahanlarında ediləcək dəyişiklikdən danışdı

Yusif Həsənbəy vəfat etdi

Tanınmış hakim təqaüdə göndərildi

Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək

Səfirlik: Azərbaycanın Fələstinə göstərdiyi dəstəyə görə minnətdarıq

Kukla Teatrında yeni tamaşanın premyerası olacaq

Bakıda bəzi evlər söküləcək: Kompensasiya...

Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı

Bakıda avtobuslarda yenilik: Bu şəxslərə gediş-gəliş pulsuz olacaq

Prezident həmkarını təbrik etdi

Aeroport yolunda avtomobil yandı..

Qardaş ölkədən şok görüntülər - FOTO

“Referans” klinikasının direktoru arvadını niyə güllələyib?

Təbii qazın dəyəri artdı

180 illik sirr açıldı..

Dəhşətli ailə faciəsi: Kişi arvadını və ögey qızını qətlə yetirdi

Bu türk ölkəsi məktəblərdə telefonu qadağan etdi

Saleh Səmədovun məhkəməsi başladı

Bütün xəbərlər