Qazın qiyməti rekord həddə: Azərbaycan da qışda problem yaşayacaq? - SOCAR-dan AÇIQLAMA

dogruxeber.tv:- Oktyabrın 1-də ticarətin açılışında Avropada təbii qazın qiyməti yenidən tarixi rekordu qırıb və 1000 kubmetr üçün 1200 dollara yaxınlaşıb.

Bu, ICE birjasının məlumatlarından məlum olur. Noyabr fyuçersləri oktyabrın 1-də ticarətin açılışında ilk dəfə olaraq MWh başına 100 avroya və ya 1000 kubmetr üçün 1199,44 dollara çatıb. Bu qədər kəskin artımın səbəblərindən biri, Yamal-Avropa qaz boru kəməri ilə qaz axınının bu səhər təxminən üç dəfə azalması ola bilər.

Bu həftənin əvvəlində Avropada qazın qiyməti tarixdə ilk dəfə olaraq 1000 kubmetr üçün 1000 dolları, dünən də 1100 dolları keçib. Bir neçə gün öncə Rusiyanın "Qazprom" şirkətinin sədri Aleksey Miller bildirib ki, Avropanın yeraltı anbarlarına qazın vurulmasının gecikməsi və qaza artan təlabat ilə əlaqədar olaraq qaz qiymətləri rekord qırır və rekordlar davam edəcək.

Qış mövsümünün yaxınlaşması, tədarük çətinlikləri, Asiyada mayeləşdirilmiş təbii qazın (LNG) bahalaşması və buna görə LNG-nin daha çox Asiyaya satılması da Avropada qazı bahalaşdırır. Qarşıdan qışın gəlməsi və bazarlarda baş verən proseslər ölkəmizdə qazla bağlı hansısa problemlər yaradacaqmı?

SOCAR-ın mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov Cebhe.info-ya bildirib ki, Azərbaycanda qazla bağlı hansısa problem gözlənilmir:

“Qaz tədarükü ilə bağlı qıtlıq əsasən Avropa bazarlarında müşahidə olunur. Avropa bazarı özünü tam olaraq daxili imkanları ilə qazla təmin edə bilmir. Ona görə də qazı idxal edir. Avropaya ən böyük qaz ixrac edən ölkələrdən biri Azərbaycandır. Ancaq kənardan ən böyük qaz ixracatçısı Rusiyadır. Analitiklər belə hesab edirlər ki, əsasən Rusiyadan qazın axını bu aylarda az olduğuna görə, Avropada bu qıtlıq yaranıb. Hər bir ölkənin təbii ki, daxili istehlakı prioritetdir, təlabatın qarşılanması əsas məsələdir. Ancaq mövcud vəziyyətin Azərbaycana aidiyyəti yoxdur. Bu qıtlıq Azərbaycanla əlaqədar yaranmayıb.

Yataqlardan qazın çıxarılmasında hər hansı bir problem baş verməyib. İş normal qayda ilə gedir. Burada vacib məqam odur ki, Azərbaycan qazının Avropa bazarına daxil olması həm kommersiya baxımından əlverilşli bir məqamda olub. Həm də Avropa üçün ölkəmizin əhəmiyyəti daha da aydın olur ki, həmin ölkələrin enerji təhlükəsizliyinin təmin olunması üçün kənardan qaz idxalına ehtiyacı var. Azərbaycan bu baxımdan Avropanın enerji təhlükəsizliyinin təminində müsbət rol oynayır. Bu gün Avropada olduğu kimi Azərbaycanda da enerji təminatı prioritet məsələdir”.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər