İTV Yayım Şurasının üzvlüyünə yeni namizədlər məlum olub - SİYAHI

dogruxeber.tv: - İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlər müəyyən edilib.

Trend-in məlumatına görə, məsələ oktyabrın 6-da Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclasında müzakirəyə çıxarılıb.

Komitənin sədri Qənirə Paşayeva iclası açaraq gündəlik barədə məlumat verib.

Qeyd edilib ki, İctimai Televiziya və Radio Yayımı haqqında Qanuna uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Sahibkarlar Şurası, gənclər təşkilatları, qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş namizədlərin 6 illik səlahiyyət müddəti 29 may 2021-ci il tarixində başa çatıb.

Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə Sahibkarlar Şurası tərəfindən Zeynalov Vüqar Eldar oğlu (Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti), Abdullayeva İlhamə Xanlar qızı (Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri), gənclər təşkilatları tərəfindən Əliyev Azər Ruslan oğlu (Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri), Axundova Ülviyyə Süleyman qızı (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri), qadın cəmiyyətləri tərəfindən Yusifova Sevil Şərif qızı (Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti), Mansurova Zərəngiz Dəmirçi qızı (Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının sədr müavini) yeni namizədlər olaraq irəli sürülüblər.

İclasda Q.Paşayeva vurğulayıb ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanuna uyğun olaraq, həmin qurumların irəli sürdüyü namizədlər arasından hər təşkilatdan bir nəfər olmaqla, qarşıdakı müddətə yeni şəxslər təsdiqlənməlidir.

Sonra Mədəniyyət komitəsi sədrinin müavini Fazil Mustafa, deputat Nizami Cəfərov müzakirə olunan məsələ ilə bağlı rəy və təkliflərini səsləndiriblər, ölkəmizdə televiziya məkanındakı durumla bağlı öz fikirlərini bölüşüblər.

Müzakirələrin yekununda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi parlamentin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda Milli Məclisin deputatları Novruz Aslanov, Cavanşir Feyziyev, Əziz Ələkbərli, Ülviyyə Ağayeva, Mixail Zabelin və Ülviyyə Həmzəyeva iştirak ediblər.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər