gundem / siyaset / hadise
7.10.2021
Universitetə 35 yaşlı prorektor TƏYİN OLUNDU
dogruxeber.tv : - Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq əlaqələr və proqramlar üzrə yeni prorektor təyin olunub.
“Ölkə.Az”ın məlumatına görə, bu, fəlsəfə doktoru Neman Muradlı olub.
Qeyd edək ki, N. Muradlı 1986-cı ildə doğulub. Magistr təhsilini və fəlsəfə doktoru elmi dərəcəsini Cənubi Koreyada alıb. Prorektor təyinatına qədər Azərbaycan Respublikası Dövlət Neft Fondunda işləyib və parallel olaraq UNEC-də müəllimlik fəaliyyətilə məşğul olub.


