“Modern Hospital”da İBTİDAİ ÜSUL-İDARƏ... - İDDİA

dogruxeber.tv: - Xoşumuza gəlsə də, gəlməsə də özəl tibbi müəssisələr ölkəmizim reallığıdır.
Bu gün ölkəmizdə 500-dən artıq özəl tibbi müəssisə fəaliyyət göstərir.
Belə müəssisələrdən biri də 2008-ci ildə Bakıda fəaliyyətə başlayan Modern Hospitaldır.
Klinikanın “gəl-gəl” deyən reklamlarında qeyd edilir ki, klinikada ən müasir tibbi avadanlıqlardan istifadə edilir, ən müasir müalicə metodları tətbiq edilir, ən təcrübəli və bacarıqlı həkimlər, professorlar vətəndaşlara tibbi xidmət göstərir.
Vallah, adam Modern Hospitalın belə “gəl-gəl” deyən reklamlarını görəndə xəstələnmək istəyir. Amma reklamlarla real vəziyyət bir-biri ilə heç 5 faiz də üst-üstə düşmür. Bax, ən böyük dərd budur.
Bir mahnı var ee...Gəl, məni gör, dərdimdən öl...
Modern Hospitalın reklamı lap həmin mahnıya döndü.
Modern-in reklamını görüb ora gedənlərin dirisi xəstəxanadan çıxa bilsə, Allahına şükür etsin.
Bunlar həkim deyil, sanki insan qəssablarıdır.
İnanmırsınızsa, buyurun faktlara nəzər salaq.
Reklamında Almaniyadan, Türkiyədən, Yaponiyadan, ABŞ-dan, İtaliyadan basıb-bağlayan Modern Hospitalda adicə ayağı amputasiay edə bilmirlər. Qiymətlər isə ceyran belində.
Modern Hospital öz reklamlarında qeyd edir ki, guya müharibə əlillərinə, şəhid ailələrinə və məcburi köçkünlərə güzəştlər tətbiq olunur.
Hansı güzəştdən söhbət gedə bilər ?
Allah xatirinə, sizin güzəştiniz lazım deyil, xəstələri öldürməyin, onların cibinə girməyin, yetər.
Bəli, Modern Hospitalda ictimaiyyətə məlum olan və olmayan ölüm halları kifayət qədərdir. Bu ölüm halları həkimlərin səhvləri ucbatından baş verməsinə baxmayaraq heç kim cəzalanmır.
Təsəvvür edirsiniz, 32 yaşlı cavan, sağlam adam arıqlamaq üçün Modern Hospitala müraciət edir. Müayinələrdən sonra həkim bildirir ki, heç bir problem yoxdur və mədənin kiçildilməsi əməliyyatı keçirilir.
Və arıqlamaq üçün xəstəxanaya gələn cavan, sağlam oğlan əməliyyatdan sonra ölür.
Buna deyirlər ki, qaş düzəldən yerdə....
Bəli, Modern Hospitalda həkimin səhvi ucbatından belə dünyasını dəyişənlər bir deyil, iki deyil.
Başqa bir pasiyent də ayağını müalicə etdirmək üçün Modern Hospitala müraciət edir və pulunu ödəyir. Ancaq müalicə səhv getdiyi üçün xəstənin ayağını amputasiya etməyə məcbur olurlar. Və nəticədə xəstə həyatla vidalaşmalı olur.
Bu faktların sayını artıra bilərik, yəni qurbanların sayı çoxdur.
Ən dəhşətlisi odur ki, xəstə öləndən sonra yaxınları xahiş edir ki, borca götürüb ödədikləri 2 min manat geri qaytarılsın.
Lakin xəstənin yaxınlarına nəinki pulu qaytarmaq, heç adi bir etika xatirinə cavab belə verməyiblər. Hospitalın direktoru Ravil Tağıyev isə xəstənin yaxınlarına cavab da vermək istəməyib.
Hamilə qadının başına gələnlər və başqa faktlar qurbanların siyahısına daxildir.
Görəsən, bu hospitala edilən ödənişlərin real miqdarı nə qədərdir ?
Kağız üzərində yox ha...
Hospitalda çalışan bəzi texniki işçilərin əmək haqlarının rəsmi qaydada (kartla) ödənilməməsinin səbəbləri nədir ?
Hospital nə qədər vergi ödəyir ?
Hospitalda həyata keçirilən abortların sayı nə qədərdir?
Qoy, bu suallara hospitalın rəhbərliyi cavab versin.
Hələ suallarımız çox olacaq. //gundelik-baku.com//

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər