"7 ildir evliyəm, indi də deyirlər ki, yalandan ailə qurub, çoxdan boşanıb..."

dogruxeber.tv: - "Xəstəliyim mənə mane olmasa mən xoşbəxt qadınam. Niyə də xoşbəxt olmayım?! Tanınıram, sevilirəm, bunun özü mənim üçün əsas xoşbəxtlikdir. Məni üzən sadəcə xəstəliyimdir. Bir ara ağır günlər yaşadım, ölümlə üz-üzə gəldim. Ölümdən qorxmuram, sadəcə qızıma yazığım gəlir. Mənim anam 75 yaşında dünyasını dəyişib, fikirləşirəm ki, mən də o yaşda dünyamı dəyişsəm, qızım Zəhranın 25 yaşı olacaq, yəqin ki, o hər şeyi anlayar. İnsan öz həyatını, ölümünü hesablayır. Qıza hər zaman ana lazımdır. Qızım atasını çox istəyir, çünki mən xəstələnəndə atası ilə çox vaxt keçirdi"

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Tünzalə Əliyeva deyib. O daha sonra həyat yoldaşından danışıb.

"Həyatda hər insanın qarşısına yaxşı adam, həyat yoldaşı çıxmır. Mən bu sarıdan yarımışam. Həyat yoldaşı sənin yarın deməkdir. Şükür Allaha ki, mənə belə bəxt yazıb. O vaxt bu izdivaca çox kölgə salmaq istəyənlər oldu. 7 ildir evliyəm, yenə də deyirlər ki, yalandan ailə həyatı qurub, çoxdan boşanıb. Onlar çox şey deyə bilərlər, dedilər də. Bu şayələr məni qətiyyən incitmirdi, önəmsəmirdim. Çünki mən tək deyildim, kimlər üçün demədilər, nələr yazmadılar ki?! Həm də yalan söz-söhbət insanı incitmir. Başımı aşağı salıb, həyatımı yaşayıram" deyə aktrisa bildirib.

Aktrisa maddi vəziyyətindən də danışıb.

"Hal-hazırda gəlirim yalnız televiziya və teatrdandır. Başqa yerdən gəlirim yoxdur. Bir neçə ildir ki, xınayaxdı məclislərinə də dəvət etmirlər məni, inşAllah dəvət etsələr gedərəm. Xəstələnəndən sonra xına məclislərimin sayı da azalıb. Hər kəs öz əziyyətinin bəhrəsini yeyir. Hətta xına məclislərinin qiymətlərini də aşağı salmışdıq. Çünki bizi arzulayanların məclislərində olmaq istəyirdik" deyə aktrisa bildirib.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər