Bank adından istifadə edən dələduzlar meydanda "at oynadır" - Diqqət, TƏHLÜKƏ!!!

dogruxeber.tv:[center][/center] - Son günlər Kapital Bankın adından istifadə edərək vətəndaşlara qarşı dələduzluq edənlərdən dörd nəfər saxlanılıb. Bu barədə DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. Onun sözlərinə görə, DİN tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə çoxsaylı vətəndaşa qarşı dələduzluq əməlində şübhəli bilinən 4 nəfər müəyyən olunaraq saxlanılıb:

“Hazırda digərlərinin də müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir. Verdiyiniz dəqiq məlumata görə Sizə təşəkkür edirik”.

Qeyd edək ki, bir müddətdir bankın adından sosial şəbəkə üzərindən +994 51 555 10 95 nömrəsi ilə vətəndaşlara mesaj yazaraq kart məlumatlarını əldə edən şəxslər onların hesablarındakı pulu ələ keçirirdilər.

Məsələ ilə bağlı bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov "Şərq"ə açıqlamasında bildirib ki, bütün bu hadisələr onu göstərir ki, vətəndaşlarımızın bu sahədə maarifləndirmə işləri zəifdir. Ekspert vurğulayıb ki, insanlar birmənalı şəkildə anlamalıdırlar ki, banklar zəng edib və yaxud da mesaj yazaraq məlumat verə bilər, ancaq məlumat istəməz:

"Ölkəmizdə son günlər yaşanan olaylar onu deməyə əsas verir ki, insanların bu istiqamətdə maarifləndirmə səviyyəsi çox aşağıdır. Banklar, biz ekspertlər, elə media da bu sahədə vətəndaşlarımızı lazımi səviyyədə maarifləndirə bilmir. Çünki vətəndaşlarımız adi və sadə qaydaları bilmirlər.

İnsanlar birmənalı olaraq bilməlidirlər ki, bank heç vaxt telefonla, ya da digər vasitə ilə müraciət edib vətəndaşdan onun hesabına dair məlumatı istəməz.

Banka nə lazımdırsa, vətəndaşı ilk növbədə banka dəvət edər. Həmçinin, bank zəng eləyib məlumat verə bilər, ancaq məlumat istəməz. Hamı bunu birmənalı şəkildə bilməlidir.

Və gələcəkdə belə dələduzların toruna düşməmək üçün son dərəcə ehtiyatlı davranış nümayiş etdirməlidirlər".

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər