Qaz bazarında bahalaşma: - Azərbaycan yataqlarına böyük pullar gələ bilər

dogruxeber.tv: - Avropada qaza yüksək tələbat Trans-Adriatik boru kəmərinin (TAP) buraxılış gücünün ikiqat artırılmasına təkan verə bilər.

Qeyd edək ki, ölkə üzrə III rübdə ixrac olunan təbii qaz həcmləri daha çox - 48% artırılaraq, 4,4 milyard kubmetr təşkil edib. Hesabat dövründə ölkə daxilində 2,4 milyard kubmetr qaz istehlak olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur. Avropada qaza tələbatın artması, eləcə də ixracın artması ilə bağlı bu gün ölkədə mövcud qaz hasilatı tələbatı qarşılaya biləcəkmi?

SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov Cebhe.info-ya bildirib ki, Azərbaycanın qaz ixracı sahəsində əsas qaz ixrac kəməri Cənub Qaz Dəhlizi və onun tərkib hissələri olan kəmərlərdir:

“Bu kəmərlər vasitəsilə azhəcmli qaz Gürcüstana, daha böyük həcmli Türkiyəyə və ən böyük həcmlər Avropaya gedir. Çünki Avropa bazarında tələbat digər bazarlardan daha çoxdur. Hazırda Cənub Qaz Dəhlizi vasitəsilə Türkiyəyə illik 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr qazın nəql olunması nəzərdə tutulub. Bu həcm, yəni illik 16 milyard kubmetr boru kəmərinin yüklənməsinin maksimum səviyyəsinə çatması nəzərdə tutulub. Bu, o demək deyil ki, hər il boru kəməri məhz bu həcmdə işləyəcək. Məsələn, bu il, başlanğıc ilində bir qədər az olur, tədricən artırılır və nəhayət, yəqin ki, gələn ildən boru kəmərinin yüklənməsi maksimum səviyyəsinə çata bilər. Daha sonra hər bir yataq təbii olaraq işləməyə başlayır. Hazırda 16 milyard kubmetrdən əlavə olaraq imkanımız var ki, boru kəmərlərinin ötürücü gücünü ikiqat artıraq. Yəni bu gün Türkiyəyə Cənub Qaz Dəhlizi üzərindən 6 milyard kubmetr ötürülürsə, bu 12 milyard kubmetrə, Avropa üçün 20 milyarda qədər, artırıla bilər”.

İ.Əhmədov deyib ki, hazırda bizim başqa yeni yataqlar və suxurlar da işlənməkdədir. Abşeron yarımadasının Dayazsulu yatağında qazma işləri aparılır:

“Qazın ixracını artırmaq üçün imkanlarımız var. Bu ixrac artırılarsa, məhz TAP boru kəməri üzərindən artırıla bilər. Hazırda bazarda qazın qiyməti olduqca yüksəkdir. Ola bilər ki, bu vəziyyət davam etsin. Bu, o deməkdir ki, Azərbaycanda da qaz yataqlarının işlənməsinə daha çox sərmayə qoymağa maraq yarana bilər. Xarici şirkətlər daha çox fəallaşa bilərlər. Çünki qoyulan sərmayələrin rentabelliyi bugünkü bazar şəraitinə görə daha nikbin görünür”.

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər