Azərbaycanda peyvənd pullu olacaq? - AÇIQLAMA

dogruxeber.tv: - Qazaxıstanda idxal koronavirus vaksinləri 2020-ci ildən etibarən ödənişli olacaq.

Bunu ölkənin səhiyyə naziri Aleksey Tsoy jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, gələn ildən yerli vaksin olan “QazVak” və ölkədə istehsal olunan “Sputnik V” pulsuz vurulacaq:

“Qazaxıstanda kliniki sınaqlardan keçmiş və təsiri sübut olunmuş yerli vaksinimizi istehsal edə bildiyimiz üçün sözügedən peyvəndi pulsuz təmin etmək mümkündür. Digər vaksinlərin isə bazarda dövriyyəsi təmin ediləcək”.

Qazaxıstanda “QazVak” və ölkədə istehsal olunan “Sputnik V” vaksini ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının təsdiqlədiyi “Sinopharm”, “CoronaVac” və “Hayat-Vax” istifadə olunur. Gələn ay isə ölkəyə “Pfizer” tədarükü gözlənilir.

Peyvəndin pullu olacağı gözlənilən daha bir ölkə Polşadır.

Polşa hökumətin mətbuat katibi Piotr Müller bu barədə sentyabr ayında açıqlama verib. O bildirib ki, peyvəndlərin bu ilin sonunadək ödənişli olacağı istisna edilmir:

“Biz peyvəndlərin bəlli mərhələdən sonra ödənişli olması barədə düşünmüşük. Lakin hal-hazırda peyvəndlər elan olunduğu kimi pulsuz olaraq qalacaq”.

İyulda isə qonşu Türkiyədə vaksinin pullu ola biləcəyi açıqlanmış, fəqət bu ictimaiyyətdə qəzəb doğurduğu üçün xəbərlər təkzib edilmişdi.
Hazırda dünya ölkələrinin əksəriyyətində koronavirusa qarşı peyvənd pulsuz şəkildə aparılır. Lakin artıq bəzi ölkələrin peyvəndlə bağlı verdiyi bu açıqlamalar ölkəmizdə də vaksinin pullu olub-olmayacağı ilə bağlı suallar yaradıb.

Maraqlıdır ki, ölkəmizdə COVID-19-a qarşı peyvəndin pullu olacağı gözlənilirmi?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib ki, ölkəmizdə kifayət qədər vaksin təchizatı var və pullu olacağı gözlənilmir:

"Azərbaycanda vaksinin pullu olacağı gözlənilmir. Çünki Azərbaycan sosial dövlət modelinə malik ölkədir. Sosial dövlət kimi də öz vətəndaşının vaksinasiyasını dövlət hesabına, pulsuz şəkildə edir. Bilirik ki, birinci və ikinci doza peyvənd pulsuz oldu, üçüncü doza da pulsuz tətbiq ediləcək. Ölkə rəhbəri tərəfindən vaxtında atılmış strateji addımlar və düzgün planlama nəticəsində vaksin təchizatında problem yoxdur. O cümlədən, infrastruktur və loqistika baxımdan da peyvəndlərin icrasında heç bir problem yaşanmır. Buna görə də vaksinin pullu olacağı Azərbaycan üçün keçərli deyil".

İnfeksionist Mərdan Əliyev deyib ki, yaxın gələcəkdə vaksinasiya pullu olacaq:

"Yaxın gələcəkdə vaksinin pullu olcağı gözləniləndir. Belə bir vəziyyətdə vaksin həmişə pulsuz olmayacaq. Koronavirusa yoluxma azaldıqdan sonra artıq peyvəndlər üçün ödəniş ediləcək. Kim könüllü şəkildə vaksin olunmaq istəsə pul ödəyəcək. Pandemiyanın tamamilə bitməsi gözlənilmir. Sadəcə olaraq, koronavirusa yoluxma halı da qrip şəkilini alacaq. Payızda yoluxama artacaq, yazda azalacaq. Bu zaman kim yoluxmaq istəmirsə, təbii ki, pulunu verib peyvənd vurdura bilər. Hər halda gələcəkdə belə olacaq".//dia.az

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər