Zəngilanla Qafan arasındakı Ağdağ müəmmasına SON QOYULDU

dogruxeber.tv: - Azərbaycanın Zəngilan və Ermənistanın Qafan rayonu arasında yerləşən Ağdağ zirvəsinin (ermənilər Pelasar adlandırır-red.) hansı tərəfin nəzarətində olduğuna dair müzakirələr davam edir.

Modern.az xatırladır ki, ilk dəfə bu il oktyabrın 16-da Ağdağ zirvəsinə nəzarətin bütünlüklə Azərbaycan tərəfinə keçməsi barədə məlumat yayılıb. İlk olaraq bu barədə “Ermənistan” blokunun üzvü, deputat Anna Qriqoryan açıqlama verdi. O, yüksəkliyin tədricən Azərbaycan tərəfinə təhvil verildiyini bildirib.

Ardınca, Qafan meri Qevorq Parsyan da yayılan xəbərləri təsdiq edib.

“Bizim Pelasar (Ağdağ) dediyimiz dağ bütünlüklə Azərbaycanın nəzarətinə keçib. 2 gün əvvəl dağın bir tərəfi bizim, digər tərəfi azərbaycanlıların nəzarətində idi. Dünəndən artıq zirvə bütünlüklə azərbaycanlılardadır”.

Bu xəbərlər fonunda Ermənistan Milli Təhlükəsizlik Xidməti açıqlama yayaraq “Ağdağ istiqamətində mövqe dəyişikliyi olmayıb”,- deyə təkzib xarakterli məlumat yaydı.

Amma Ermənistanın güc strukturlarının bundan öncə də - istər müharibə zamanı, istərsə də müharibədən sonra yaşanan proseslərdə dezinformasiyalar yayması hər kəsə məlumdur.

Modern.az saytı xəbər verir ki, ermənilərin Pelasar, azərbaycanlıların isə Ağdağ adlandırdığı zirvə 2020-ci ilin dekabrından Azərbaycan Ordusunun nəzarəti altındadır. Həmin vaxt GPS vasitəsilə Azərbaycan-Ermənistan sərhədlərinin bəzi istiqamətlərində demarkasiya prosesi həyata keçirilmişdi. Nəticədə, zirvənin böyük hissəsinin Azərbaycanın Zəngilan rayonu ərazisində düşdüyü müəyyən olunub.

Yüksəskliyin yanında Rusiya hərbçilərinin nəzarət postu və erməni sakinlərin qanunsuz ağac kəsimi üçün yolu var idi. Ağdağın Azərbaycana verilməsi ilə bağlı isterika rəsmi Bakının rus hərbçilərinin postu yığışdırmaları və ermənilərə yoldan ağac kəsimi üçün qanunsuz istifadəyə qadağa qoymasından sonra başlamışdı.

Bu fakt Ermənistan Milli Təhlükəsizlik Xidmətinin növbəti dəfə ölkə ictimaiyyətini aldatmağa yönələn dezinformasiya ilə çıxış etdiyini göstərir.

Ağdağ zirvəsi suveren Azərbaycan ərazisində yerləşdir və Ordumuzun tam nəzarəti altındadır. Yüksəklik Ermənistanın Qafan və Əkərək şəhərlərini, 10-dan çox kəndi vizual nəzarət altında saxlamağa imkan verir.

Son xəbərlər

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Bütün xəbərlər