Qısamüddətli ali təhsil təhsilin səviyyələri sırasına daxil edilir

dogruxeber.tv: - Qısamüddətli ali təhsil ali təhsilin səviyyələri sırasına daxil edilir.
APA-nın məlumatına görə, bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, qısamüddətli ali təhsil müxtəlif ixtisaslar üzrə bilik, bacarıq və səriştələrin qazanılmasına yönələn ali təhsil və Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin beşinci səviyyəsidir. Qısamüddətli ali təhsil (qısa dövr) və ya onun ekvivalenti (120 kredit) - bakalavriat səviyyəsinin ilkin dövrünü təşkil edir və “subbakalavr” ali peşə-ixtisas dərəcəsinin verilməsi ilə nəticələnir. Qısa dövr üçün deskriptor, Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin 5-ci səviyyəsinin öyrənmə nəticələrinə uyğundur.
Qısamüddətli ali təhsil proqramlarında ümumi orta və tam orta təhsil səviyyəsini bitirmiş şəxslər iştirak edə bilərlər. Qısamüddətli ali təhsil proqramları üzrə əmək bazarı üçün müxtəlif ixtisaslar üzrə peşəkar bilik, bacarıq və səriştələrə malik yüksəkixtisaslı kadr hazırlığını təmin edir. Subbakalavrlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və diploma əlavə, akademik transkript verilir. Subbakalavr təhsili haqqında dövlət sənədi ali təhsilin bakalavriat səviyyəsinə daxil olmaq hüququ yaradır və subbakalavrların topladıqları kreditlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınır. Subbakalavrlar yalnız bir dəfə ali təhsil müəssisəsinə müsabiqədənkənar (imtahansız) qəbul oluna bilərlər. Qısamüddətli ali təhsil proqramlarının məzmunu ali təhsilin dövlət standartları ilə müəyyən edilir.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər