İcbari tibbi sığorta: Səhiyyənin “ögey övladı"? - NİYƏ?

dogruxeber.tv: - “İcbari tibbi sığorta ilə bağlı əhalidə inamsızlıq yaranmaqdadır”.

Bunu Milli Məclisin iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Deputat bildirib ki, limit məsələsinin müzakirə edilməsinə ehtiyac var:

“Xəstəyə xəstəxanadan deyirlər ki, bizim illik limitimiz dolub. Bu nə deməkdir? Bu məsələlərin ciddi müzakirəsinə ehtiyac var. Bölgələrdən problemlər bizə çatdırılır, müraciətlər edilir. Bu təsisata inamın cəmiyyətdə zəifləməsi başqa problemlərin əsasını qoya bilər. Əgər problem büdcə ilə bağlıdırsa, hansı xəstəlik növündə bu limit tez dolursa, büdcədən bu istiqamətə daha çox pul ayrılmalıdır. Ağır əməliyyatların limit dolduğuna görə xəstənin əməliyyat edilməməsi çox ağır nəticələrə gətirib çıxara bilər”.

Qeyd edək ki, artıq müəyyən müddətdir ki, ölkədə tətbiq edilən icbari tibbi sığortadan əhalinin bir qrupunun faydalanmasına baxmayaraq, bu sistemdən narazı olanlar da var.

İcbari tibbi sığorta ilə bağlı “Cümhuriyət” qəzetinin suallarını Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli cavablandırıb:

-Bu gün bəzi xəstəxanalarda icbari tibbi sığorta ilə bağlı limitin olması barədə fikirlər səslənir. Ümumiyyətlə, icbari tibbi sığorta ilə bağlı limit nəzərdə tutulurmu?

-Bəzi əməliyyatlar dövlət səhiyyə sistemində icra oluna bilmirsə və onunla bağlı müvafiq texniki imkan yoxdursa, həmin xəstələr anlaşmalı olan özəl sahəyə yönəldilir. Burada da limit nəzərdə tutulmayıb. İcbari tibbi sığortanın yönləndirməsi ilə bu əməliyyatlar icra olunur. Sadəcə ola bilər ki, prosesin icrası zamanı anlaşılmazlıq olar, çünki elə bir limit nəzərdə tutulmayıb.Ümumiyyətlə, icbari tibbi sığortanın icrasında limitlə bağlı belə bir yanaşma yoxdur. Vətəndaş müraciət edir, dövlət tibb müəssisəsində icbari tibbi sığortasına uyğun şəkildə tibbi xidmətlərdən istifadə edir. Hansı dövlət müəssisəsində bu proses icra olunmursa, məsələn, hansısa bölgəmizdə bir əməliyyat icra olunmalıdır, lakin həmin əməliyyat xəstəxananın texniki imkanları imkan vermir ki, icra olunsun. Həmin əməliyyatla bağlı “online”, vətəndaşa da kağız formada da göndəriş verilir və mərkəzdəki-Bakı, yaxud digər şəhərdəki müvafiq dövlət xəstəxanasına yönləndirilir. Dövlət xəstəxanası əgər bu əməliyyatı icra edə bilməzsə, onda xəstə anlaşmalı olan özəl xəstəxanaya yönləndirilir. Yəni bu proseslərin heç birində limit anlayışı yoxdur. Həmin strukturda çalışan insanların yanaşmasındakı fərdi yanlışlıq ola bilər. Ancaq konkret olaraq icbari tibbi sığorta sisteminin içində limit anlayışı yoxdur.

-İcbari tibbi sığorta ilə bağlı 2022-ci ilin dövlət büdcəsində artım ola bilərmi?

-Dövlət büdcəsi təqdim olunduqdan və müzakirələr olunduqdan sonra biz də maliyyənin artırılması istiqamətində təkliflərimizi irəli sürəcəyik. Bizim də arzumuz və təkliflərimiz hər zaman odur ki, səhiyyə sistemində kifayət qədər, hətta mümkün olduqca hər il artım olsun və insanlarımız daha keyfiyyətli tibbi xidmətlə əhatə olunsun. Ancaq ilk növbədə bu məsələlər təqdim olunmalıdır və daha sonra fikir bildirmək olar. Mən düşünürəm ki, yeni ilin dövlət büdcəsində daha fərqli yanaşma olacaq.

-Artıq bir müddətdir ki, ölkədə icbari tibbi sığorta tətbiq olunur. Ümumiyyətə, İTS ilə bağlı hazırkı vəziyyəti necə dəyərləndirirsiniz?

-Ümumilikdə proses islahatlar prosesinin tərkib hissəsidir. Bəzi sahələrdə uğurlar, müəyyən sahələrdə çatışmazlıqlar var. Burada önəmli olan məsələ prosesin gedişidir. Prosesin gedişi də ondan ibarətdir ki, Azərbaycan dövləti ölkə başçısıının rəhbərliyi altında islahatlara yönəlmiş kurs həyata keçirir və bu prosesin sonunda uğurlar əldə olunacaq. Ancaq zamanla problemlər, çatışmazlıqlar da meydana çıxır və bunlar da aradan qaldırılmalıdır. Mənim fikrimcə, icbari tibbi sığortanın tətbiqindən başqa səhiyyə sisteminin inkişafı üçün alternativ yoxdur.

-Bəzən bu sahədə problemlərdən biri kimi əhalinin maarifçiliyinin zəif olmasını göstərirlər. Bu, nə dərəcədə doğrudur?

-Bu sahədə parlamentin Səhiyyə komitəsinin üzvü kimi mən İcbari Tibbi Sığorta Agentliyinə və digər səhiyyə strukturlarına da müraciət etmişəm. Eləcə də bu istiqamətdə KİV vasitəsilə fikirlərimi bildirirəm ki, maarifləndirməni daha da genişləndirməliyik. Hər bir şəxs hansı addımlar atmalıdır, limit, yaxud digər xidmətlərlə bağlı hər bir vətəndaşın anlaya biləcəyi şəkildə maarifləndirmənin aparılmasına ehtiyac var.

-Bəzi xəstəxanaların icbari tibbi sığortaya “soyuq” yanaşdığı deyilir. Bu gün ölkədəki bütün dövlət xəstəxanalarında İTS tətbiq olunurmu və məcburidirmi?

- Müəyyən bir səhiyyə qurumunda idarəetmənin təşkili baxımından ola bilər ki, hansısa qüsurlar var. Fərdlər olaraq, tibb işçiləri də buraya daxildir, kiminsə yanaşmasında qüsurlar ola bilər. Bunlar qəbul olunandır. Bizim çalışdığımız odur ki, bu proses aradan qalxsın. Ümumiyyətlə, səhiyyə sistemi necə qısqanc yanaşa bilər ki, dövlət strukturudur, dövlətin verdiyi müəyyən bir plana uyğun olaraq bu proses həyata keçirilir və İTS reallaşması hər bir vəzifə daşıyan şəxsin borcudur. Bunun yerinə yetirilməsində qüsurlar varsa, bu, fərdi qüsurlardır. Ümumiyyətlə, səhiyyə sisteminin buna qısqanc yanaşması mümkün deyil. Çünki səhiyyənin maliyyələşmə mexanizmi də dəyişib, həkimlərin iş prinsipi və səhiyyənin idarəetmə prinsipi də dəyişəcək. Bu, ümumi dövlət siyasətidir və hər kəs də bunu yerinə yetirmək üçün çalışmalıdır. Sadəcə olaraq kimlərsə yanaşmasında müəyyən qüsuru, qısqanc yanaşması varsa, buna qarşı da müvafiq şəkildə tədbirlər görülür.

- Növbəti ildə bu istiqamətdə irəliləyişlərin olacağını gözləyirsinizmi?

- Biz səhiyyə sisteminin üzərinə düşən pandemiya kimi bir amili nəzərə almalıyıq, eləcə də yeni sistemə keçidlə əlaqədar olaraq kökündən səhiyyə sistemində inqilabi ishalatlar prosesidir. Bu baxımdan, ilk vaxtlar problemlərlə qarşılaşırıq. Hazırda ümid edirəm ki, daha böyük uğurların şahidi olacağıq. Məsələn, əgər bizim bir vətəndaşımız əvvəl ürək əməliyyatında stend qoyulmasında çətinliklər yaşayırdısa, bəzi dövlət strukturunda icra edilə bilmirdisə, indi dövlət və özəl sektor dövlətin maliyyəsi hesabına bu prosesləri icra edirsə, artıq bizim uğurumuzdur. Pandemiya ilə mübarizədə Azərbaycan səhiyyə sistemi bu uğuru qazanıbsa, bu ümumilikdə səhiyyə sitemimizin uğurudur. İnanıram ki, islahatlar davam etdikcə daha geniş irəliləyişlərin şahidi olacağıq və mən tam əminəm ki, icbari tibbi sığorta uğur qazanacaq.//dia.az

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər