Minsk qrupu "oyun"a yenidən daxil olmaq istəyir - Paşinyanın niyyəti baş tutacaqmı?

dogruxeber.tv: - Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı erməni separatçılarının rəhbəri Araik Arutyunyanla görüşüb. Görüşdə ənənəvi olaraq Qarabağın "status”u barədə danışılıb.

Paşinyan deyib ki, Qarabağ məsələsi ilə əlaqədar danışıqlar bərpa olunmalı və bu proses ATƏT-in Minsk Qrupu formatında müzakirə olunmalıdır:

"Minsk Qrupu çərçivəsində danışıqlar başlamalıdır. Özü də 3 əsas prinsip, o cümlədən öz müqəddəratını təyin etmə prinsipi də daxil olmaqla”.

Ermənistan baş nazirinin bu açıqlaması nəyə hesablanıb? ATƏT-in Minsk qrupu yenidən fəaliyyətini bərpa edirmi?

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, tərəflər arasında sözügedən söhbət Minsk Qrupunu yenidən "oyuna” daxil etmək cəhdləridir:

"Çünki Rusiyanın hazırkı mövqeyi Ermənistanı o qədər də qane etmir. Həmçinin nəzərə almaq lazımdır ki, yaxın gələcəkdə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir. Yəqin, Paşinyan həmin görüşədək "əlini gücləndirmək” niyyətindədir. Hətta, ola bilsin, Paşinyan görüşdə bu məsələni qaldırmaq istəyəcək. Ancaq reallıq ondan ibarətdir ki, daha Minsk Qrupuna nə ehtiyac, nə də yer var. İki həmsədr - ABŞ və Fransanın Cənubi Qafqaza gəlməyi çox çətindir. Bu, indiki halda yalnız İrəvana sərf edir”.

Müsahibimiz deyib ki, Moskva da digər vasitəçilərin fəallaşmasında maraqlı görünmür:

"Çünki bu, Kremlin özünün regiondakı mövqelərini zəiflədə bilər. Rusiya bütün imkanları ilə çalışacaq ki, Fransa və ABŞ regiona gəlməsin. Eyni zamanda İrəvanın belə canfəşanlığının Moskva ilə münasibətlərə də mənfi təsir göstərməsi mümkündür. Ermənistan rəsmilərinin bundan sonra bir neçə dəfə də ATƏT-in Minsk Qrupu barədə oxşar bəyanatlar səsləndirəcəyi halda, Rusiyanın for-postuna "qulaq burma” verməsi istisna deyil.

Bu, həmçinin Moskva ilə Paris və Vaşinqton arasındakı münasibətlərə də təsir edə bilər. Şübhəsiz, rəsmi İrəvanın açıqlamaları Qərbdən gələn siqnalların təzahürüdür. Bütün bunları nəzərə alsaq, narahatlığa əsas yoxdur. Rusiya ilə Qərb arasındakı konfliktdən öz xeyrimizə istifadə etmək isə daha yaxşı nəticələrə səbəb ola bilər”.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər