İrəvanın min oyunu var, hamısı 9-cu bəndin başında - Sərhəddəki toqquşmalara Moskvadan baxış

dogruxeber.tv: - Yarım aya yaxındır ki, Ermənistan-Azərbaycan sərhədində Ermənistan silahlı qüvvələri, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisindəki terrorçu separatçılar təxribata əl atırlar. Mütəmadi xarakter alan təxribatlar son iki gündə ağır silahlı toqquşmalara çevrilib. Dünəndən etibarən isə sərhəd mövqelərində şiddətli döyüşlər başlayıb. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, düşmən silahlı qüvvələri artilleriya atəşlərinə başlayıb. Bununla yanaşı, təxribat törədən erməni hərbçiləri Azərbaycan Ordusu tərəfindən saxlanılıb.

Baş verənlərlə bağlı AYNA-nın suallarını Rusiyanın Xalqlar Dostluğu Universitetinin böyük müəllimi, filologiya elmləri namizədi, politoloq, soydaşımız Anar Həsənov cavablandırıb:

- Qarabağ ətrafında sivilizasiyaların toqquşması müşahidə edilir. Fərqli sivilizasiyaların situativ müttəfiqliyi sərhəddəki gərginliyin əsas səbəbidir. Hesab edirəm ki, Rusiya ilə Qərb arasındakı qarşıdurmanın mərkəzi Qarabağ yox, Zəngəzurdur. Qərb İran üzərindən embarqonu götürdükdən sonra təbii yanacaq resurslarını Ermənistan-Gürcüstan və Qara dəniz vasitəsilə nəql etməyi planlaşdırıb. Azərbaycanın ötənilki “Dəmir yumruq” əməliyyatı bu perspektivi şübhə altına qoydu. 10 noyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsini bitirən üçtərəfli Birgə Bəyanatın 9-cu bəndinə əsasən, Zəngəzura Rusiya nəzarət edəcək. Bu yol təkcə dəmir yolu və avtomobil trassı ilə öz funksiyasını məhdudlaşdırmayacaq. Deməli, Rusiya Qərbin İranla bağlı planlarını iflasa uğratmış oldu.

Buna cavab olaraq Qərb Rusiyaya qarşı siyasi reketçiliyə, şantaja keçib. Bu ilin 9 noyabrında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin nəzərdə tutulmuş görüşünün təxirə salınmasının kökündə də bu dayanır. Məncə, ABŞ Mərkəzi Kəşfiyat İdarəsinin Rusiya Prezidenti ilə görüş öncəsi telefon danışığı, Gürcüstan sahillərinə NATO gəmilərinin yaxınılaşması, Mixail Saakaşvili fiquru ətrafında bitməyən qalmaqal Zəngəzur layihəsinə qarşı edilən siyasi şantajdır. Qərb Rusiyaya açıq deyir ki, Zəngəzuru tam nəzarətə götürüb alternativ qaz və neft nəqlinin qarşısını kəssən, Gürcüstan NATO-ya qəbul ediləcək və Ukrayna cəbhəsində problemlər yaşanacaq.

- Ermənistanın son təxribatları İrəvanın danışıqlar masasından qaçması üçün siyasi gediş ola bilərmi?

- Sərhəddəki gərginliyin birbaşa səbəbi Ermənistanın Qərbin tapşırığı ilə Birgə Bəyanatın bəndlərini - ələxüsus da, Rusiyanın marağında olduğu 9-cu müddəanı (nəqliyyat-kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin icrası – A.B) reallaşdırmaqdan yayınmaq cəhdidir. Cavab olaraq Rusiya Azərbaycan əsgərinin “Dəmir yumruğu” ilə Ermənistanı cəzalandırır. Fikir verin ki, sərhəd hadisəsinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) susur. Rəsmi Moskva, sülhməramlılar isə müşahidəçi mövqeyindədir.

- Ermənistan müdafiə nazirinin bu günlərdə qəfildən dəyişdirilməsinin sərhəddəki təxribatlarla əlaqəsi varmı?

- Bir neçə gün öncə Azərbaycan hərbçilərinin erməni hərbçiləri mövqelərdən uzaqlaşdırdığının görüntüləri olan video yayıldı. Xəritədən də aydın görmək olar ki, Ermənistan silahlı qüvvələri mövqelərindən geri çəkiliblər. Bu, müdafiə nazirinin istefaya göndərilməsi üçün böyük əsasdır. Hesab edirəm ki, nazirin dəyişdirilməsi Ermənistan daxilindəki sabitliyin qorunmasına hesablanmış addımdır. Ermənistanın Baş naziri Nikol Paşinyan bu uğursuzluğa görə kimisə cəzalandırmalı idi. Cəzalandırılan da Arşak Karapetyan oldu.

Məsələ burasındadır ki, bu gün Ermənistan Qərbin və Rusiyanın məngənəsindədir. Hesab edirəm ki, Ermənistan Birgə Bəyanatın bəndlərinə əməl etmədikcə, daha bir neçə postunu, müşahidə məntəqəsini və bir sıra yaşayış məntəqələrini itirə bilər. Unutmayaq ki, Azərbaycan Respublikası Azərbaycan Demokratik Respublikasının varisidir və indiki Ermənistana tarixi ərazi iddiaları əsaslıdır.

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər