"Hələ ki Qafqazda əsas oyunçu Rusiyadır" - GƏLİŞMƏ

dogruxeber.tv: - “Hazırda Rusiya Azərbaycanın vasitəsi ilə Paşinyana təzyiq göstərir, onu çıxılmaz vəziyyətə salır ki, o, mütləq şəkildə bu üçtərəfli görüşə razılıq versin və Azərbaycanla uzunmüddətli sülhə razılaşsın”.

Bunu Yenisabah.az-a açıqlamasında siyasi icmalçı Nadir Şəfiyev bildirib.

O, Ermənistan-Azərbaycan sərhədində son hərbi toqquşmaların Moskvada keçirlməli olan üçtərəfli danışıqları sürətləndirib-sürətləndirməyəcəyi ehtimalını şərh edib:

“Moskva saamitində delimitasiya və demarkasiya ilə yanaşı, sülh müqaviləsinin imzalanması da baş tuta bilər. Ermənistanda bununla bağlı böyük narazılıq var. İrəvandakı hakimiyyətə alternativ olan ruspərəst qüvvələr - “Qarabağ klanı” buna görə Paşinyanı istefaya səsləyir”.

N. Şəfiyev əlavə edib:

“Hələ ki Qafqazda əsas oyunçu Rusiyadır. Qərb Ermənistanı Rusiyanın caynağından çəkib çıxarmağa çalışsa da. Üçtərəfli görüş üçün təkliflər irəli sürən isə məhz rəsmi Moskvadır. Güman edirəm ki, yaxın perspektivdə Rusiyanın təşəbbüsünə qoşulan Azərbaycanla Ermənistan müəyyən danışıqlara gedəcək.

Əsas problem Zəngəzur dəhlizinin açılması ilə bağlı olacaq. Güman edirəm ki, hazırki hərbi əməliyyatlar bir daha sübut etdi ki, Ermənistanın Azərbaycanla müharibə aparmaq bacarığı yoxdur. Hər halda yaxın illərdə Ermənistan Azərbaycana güc nümayiş etdirə bilməyəcək”.

Politoloq onu da vurğulayıb ki, son hadisələrdən sonra Nikol Paşinyanın başqa çıxış yolu yoxdur:

“Fikrimcə, üçtərəfli görüş olacaq və Ermənistan güzəştə getmək məcburiyyətindədir. Güzəşt, yəni üçtərəfli sazişdən irəli gələn müddəaları həyata keçirilməsi. Nəyə imza atmısan, nəyə söz vermisən, beynəlxalq hüquq nəyi nəzərdə tutursa, yalnız onları et. Mənə elə gəlir ki, sərhəddəki son döyüşlərin nəticəsi Rusiyanı çox qane edib”.

Son xəbərlər

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

İran Sinqapur yük gəmisinə hücum etdi

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Bütün xəbərlər