Gəncədə yeni “ərəbzəngi”lər peyda olub

dogruxeber.tv: - Xatırladaq ki, bu ilin yanvar ayında Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyinat oldu. Daxili İşlər naziri Vilayət Eyvazovun əmriylə polis mayoru Eldəniz Həsənov Gəncə şəhər DYPŞ-nin rəisi vəzifəsinə təyin edildi. O, buna qədər Qazax və Göygöl DYPB-nin rəisi vəzifələrində işləmişdi. Qeyd edək ki, GŞBPİ-nin DYP Şöbəsinin keçmiş rəisi Rəhim Zalov idi. Belə ki, Rəhim Zalov hər əməkdaşa gündəlik 30 cərimə protokolunu doldurmağı və 10-a yaxın maşını cərimə meydançasına gətirilməsini tapşırırdı və rəisin bu tapşırığını icra etməyən yol polisi əməkdaşları ya maaşlarından olurdular, ya da ki, daha ağır cəzalandırılırdılar. R.Zalovun oğlu Ramin də “Niva” və “Toyota Prado” markalı avtomobillə Gəncədə avtoşluq etməsiylə ad çıxarmışdı. Yeni rəis də Gəncədə Rəhim Zalovdan geri qalmayan qanunsuz işlər görməkdədir.
Bundan əvvəl hələ 2018-ci ildə Qazaxda Ramiz Qasımovun yerinə polis kapitanı Eldəniz Həsənov təyinat alandan sonra da onun hərəkətləri rayonda yaşayan və qonaq gələn sürücülərin qəzəbinə səbəb olmuşdu. DYP əməkdaşları sürücüləri istədiyi yerdə saxlayır, təhdid edir, üstəlik kobud davranırmışlar. Hətta bir dəfə ermənilərlə həmsərhəd yüksəklikdən enən Qazaxdakı “N” saylı hərbi hissənin komandirini qanunsuz saxlayan yol polisi rəisi, deyilənə görə komandirin acıqlı vaxtına düşərək sillələnibmiş. Bundan əlavə Qazaxda işləyən vaxt Həsənov Eldəniz Maksim oğlu və qardaşı Vladımin ona saxta sənəd düzəltmələri ilə bağlı Rövşən adlı jurnalist hüquq-mühafizə orqanlarına şikayətlər etmişdi.
Yuxarıda qeyd etdiklərimizi ona görə sadaladıq ki, E.Həsənov və Gəncə DYP əməkdaşlarından indi də şəhər sakinləri ciddi narazılıq edirlər. Aktualxeber.az-a müraciət edən sakinlər əsasən 99YP224 dövlət qeydiyyat nişanlı YPX avtomobilindən şikayətçidirlər. Belə ki, həmin avtomobillə şəhərdə açıq-aşkar rüşvət yığan Nural Əlizadə və Xəyyam Əsgərov adlı YPX əməkdaşlarının əlindən Gəncə sakinləri dad edirlər. Ötən il Zabitlər Evinin yaxınlığındakı “Tombik” restoranının qarşısında bir nəfər sürücünü döydüyünə görə xidmətdən kənarlaşdırılan N.Əlizadə havadarlarının vasitəsilə yenidən işinə bərpa oluna bilmişdir. Sürücülərin dediyinə görə onlara özbaşınalıq edərək rüşvət almağa birbaşa Eldəniz Həsənov icazə vermişdir. Ümidvarıq ki, bizim bu yazımızdan sonra əlaqədar orqanlar vaxtında lazımi ölçü götürərək polis adına ləkə gətirən belə şəxsləri cəzalandıracaqdır.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.//aktualxeber.az

Oxunub: 714

Son xəbərlər

Əhmədi görən olubmu? Maştağadan son məlumat

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub

Prezident İlham Əliyev İrəvanda sammitdə çıxış edəcək

“Medicare Hospitalı” lisenziya yoxdursa, bu fəaliyyət nədir?”

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Makron bununla bağlı İlham Əliyevə zəng edəcəyini dedi

Hörmüz boğazında Britaniya tankerinə ATƏŞ AÇILDI

Hökməli bələdiyyəsinin sədri Ramil Orucovun “MAKLERLİYİ” ifşa olundu: Torpaq satır,qanunsuz tikinti aparır?

İşdə xəsarət alan şəxs 6 gün sonra xəstəxanada öldü

FHN-i deputat Əlibala Məhərrəmzadənin qardaşının qanunsuz tikintilərini dayandırdı

Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır?

Cəmiyyətin inkişafında mühüm rol oynayan amillər: Elmi yanaşma və müasir çağırışlar

Bakıda tıxacların yaranmasına əsas səbəb nədir? – Problemin görünən və gizli tərəfləri

Lənkəranda çayxanada başlayan mübahisə qanla bitdi

Tramp İranın təklifini qəbul etmədi

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bütün xəbərlər