gundem / sosial / Təhsil
22.11.2021
`Evlərə, məktəblərə istilik verilməyəcək? - Borc qalmaqalı bitməsə...
dogruxeber.tv: - “Biz “Azəristiliktəchizat” ASC-yə qaza olan borcunu ödəmək üçün 1 həftə vaxt vermişdik. Artıq onlar müəyyən qədər ödəniş edib”.
Bunu jurnalistlərə Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.
Onun sözlərinə görə, möhlətin müddəti dekabrın 15-dək uzadılıb: “Əgər o vaxtadək ödəniş olmasa, biz borclu abunəçinin qazını kəsməyə məcbur olacağıq".
Məsələ ilə bağlı Cebhe.info-ya “Azəristiliktəchizat” Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev açıqlama verib.
O bildirib ki, "Azəristiliktəchizat"ın bütün qazanxanaları qazla təchiz olunur:
“Qazanxanalara verilən qaz təchizatında hazırda heç bir problem yoxdur. Borcun ödənilməsi ilə bağlı "Azəristiliktəchizat" tərəfindən zəruri tədbirlər görülür".
O, quruma borcu olan dövlət təşkilatlarının adını açıqlamayıb.


