Məhkəmə prosesi zamanı nələr yaşandı...

Xəbər verdiyimiz kimi kənd sakinlərinin bələdiyyə sədrinə məxsus olduğunu iddia etdikləri qanunsuz fəaliyyət göstərən balıq göllərinin, eyni zamanda bələdiyyə sədri barəsində iddia olunan digər məsələlərin araşdırılması üçün "dogruxeber.tv" informasiya agentliyinin baş redaktoru Kamal Əsgərov aidiyyəti qurumlara müraciət edib. Məhz buna görə də Daşkəsən rayon "Çanaqçı" kənd bələdiyyəsinin sədri Eyvaz Vəliyev baş redaktoru etik və əxlaqa zidd ifadələrlə təhqir etmişdir.

Baş redaktor Kamal Əsgərov isə ağır ifadələrlə şəxsiyyətinə toxunan bələdiyyə sədri Eyvaz Vəliyev barəsində məhkəməyə müraciət etmişdir.

dogruxeber.tv

16.11.2021-ci il tarixində sözügedən məhkəmə prosesinin ilkin hazırlıq mərhələsi baş tutdu.

Məhkəmənin elə birinci mərhələsi onu göstərdi ki, Eyvaz Vəliyev nəinki səhvini anlamayıb, nəinki ifadələrindən peşman olmayıb, əksinə, agentliyimizdə haqqında güya "şər-böhtan" məlumatlar yazıldığını iddia edərək, özünə haqq qazandırmağa çalışdı.

Əvvəla Eyvaz Vəliyevin və onun tərəfdarlarının diqqətinə çatdırırıq ki, dərc edilən bütün iddialar agentliyimizin deyil, kənd sakinlərinin Eyvaz Vəliyev haqqında söylədikləri məlumatlardır. Bütün məlumatlar barəsində agentliyimiz tərəfindən aidiyyəti qurumlara müraciət edilməsi də məsələyə qeyri-peşəkarcasına, "kor-koranə" deyil, Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında qanunun müvafiq maddəsinə uyğun olaraq, məlumatların obyektiv araşdırılması və hüquqi həllini tapması üçündür.

"dogruxeber.tv" informasiya agentliyi olaraq, şəxsiyyətindən və vəzifəsindən asılı olmayaraq, kimsəyə qarşı qərəzli deyilik, heç bir zaman, heç kimsənin şəxsiyyətinə toxunmuruq. Belə olan halda qanun var, məhkəmə var.

Şükürlər olsun hüquqi dövlətdə yaşayırıq.

Haqqında dərc edilən məlumatlar kimliyindən asılı olmayaraq, heç bir məmur, sahibkar, yaxud digər şəxslərə ixtiyar vermir ki, o medianı, jurnalisti təhqir etsin, şərəf və ləyaqətinə toxunsun.

Bunu təqribən 20-25 dəqiqə davam edən məhkəmə prosesi zamanı Daşkəsən rayon Məhkəməsinin sədri, hakim Azad Əliyev özü də vurğuladı.

İlkin mərhələdə hakim Azad Əliyev bələdiyyə sədrinə haqlı iradları, hər iki tərəfə tövsiyyələri və məsələyə obyektiv yanaşması bizdə inam yaratdı ki, baş redaktorun şərəf və ləyaqətini alçaltmaqla, pozulmuş hüquqları bu məhkəmədə bərpa ediləcək, eyni zamanda məsələyə ədalətli baxılacaq və qərar veriləcək. Hələlik, bu sadəcə bir ümiddir. Daşkəsən rayon məhkəməsinin nə dərəcədə ədalətli mövqedə olması dekabr ayının 7-də keçiriləcək növbəti məhkəmə prosesində bəlli olacaq.

Bu məhkəmə bəzi həmkarlarımızın da vurğuladığı kimi, mətbuatın məhkəməsidir. Odur ki, sözügedən məhkəmə prosesinin nəticəsini bizim qədər gözləyən, izləyən hər kəsin diqqətinə çatdıracağıq.

dogruxeber.tv

Oxunub: 924

Son xəbərlər

Əhmədi görən olubmu? Maştağadan son məlumat

“AzerGold”un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub

Prezident İlham Əliyev İrəvanda sammitdə çıxış edəcək

“Medicare Hospitalı” lisenziya yoxdursa, bu fəaliyyət nədir?”

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

Makron bununla bağlı İlham Əliyevə zəng edəcəyini dedi

Hörmüz boğazında Britaniya tankerinə ATƏŞ AÇILDI

Hökməli bələdiyyəsinin sədri Ramil Orucovun “MAKLERLİYİ” ifşa olundu: Torpaq satır,qanunsuz tikinti aparır?

İşdə xəsarət alan şəxs 6 gün sonra xəstəxanada öldü

FHN-i deputat Əlibala Məhərrəmzadənin qardaşının qanunsuz tikintilərini dayandırdı

Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır?

Cəmiyyətin inkişafında mühüm rol oynayan amillər: Elmi yanaşma və müasir çağırışlar

Bakıda tıxacların yaranmasına əsas səbəb nədir? – Problemin görünən və gizli tərəfləri

Lənkəranda çayxanada başlayan mübahisə qanla bitdi

Tramp İranın təklifini qəbul etmədi

Vidadi İsayevin baş memarı Şadlinskinin əməllərindən xəbəri olub?

Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş – TƏFƏRRÜAT

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bütün xəbərlər