Nefti ucuzlaşdırmaq planı: - Bayden Çin liderinə nə təklif edib...

dogruxeber.tv: - ABŞ prezidenti Cozef Bayden Çin lideri Si Tszin Pinə neftin qiymətini aşağı salmaq üçün ortaq hərəkət planı təklif edib. virtualaz.org xəbər verir ki, bu haqda “South China Morning” nəşri öz mənbələrinə istinadən yazır. Bildirilir ki, təklif ABŞ prezidentinin Çin lideri ilə videokonfrans formatında bu günlərdə baş tutmuş danışıqları zamanı irəli sürülüb.

Təklifə əsasən ABŞ və Çin öz strateji neft ehtiyatlarının “qapılarını birlikdə açaraq” qiyməti kəskin aşağı sala bilər. Bu təklif Rusiya və Səudiyyə Ərəbistanının OPEC+ sövdələşməsində nəzərdə tutulduğundan artıq həcmdə neft hasil etmək çağırışlarını rədd etməsindən sonra meydana çıxıb.

Bildirilir ki, həm Çin, həm ABŞ enerji daşıyıcılarının yüksək qiymətindən ziyan çəkir. Hazırda hər iki ölkənin energetika nazirlikləri təklifin detallarını müzakirə edir. Çin tərəfi hələlik konkret öhdəliklər götürməyib və öz daxili tələbatını nəzərə alaraq hərəkət edəcəyini bildirir.

ABŞ-ın strateji neft ehtiyatlarının həcmi hazırda 727 milyon barrel təşkil edir, Çində isə 200 milyon barrelə yaxın ehtiyat neft var. Bu ehtiyatlarının bir hissəsinin bazara çıxarılması dünya bazarında neftin qiymətlərinə ciddi təsir göstərə bilər.

“South China Morning Post” hesab edir ki, ABŞ ola bilsin yaxın günlərdə strateji ehtiyatların bir hissəsini satışa çıxardığını elan edəcək, hətta Pekin onun təklifini dəstəkləməsə belə.

Neftin qiymətlərinin indiki səviyyəsi həm Çini, həm ABŞ-ı qane etmir. Çin iqtisadiyyatı enerji daşıyıcılarının bahalaşmasından ziyan çəkir, çünki bu ölkədə istehsal edilən və dünyanın hər yerinə ixrac edilən malların maya dəyəri artır. Nəticədə Çin mallarına tələbat azalır. ABŞ-da isə neftin sıçrayşla bahalaşması son 30 ildə ən yuxarı inflyasiya həddinə (6.2 faiz) gətirib çıxarıb.

Hasilatın artırılması üçün OPEC+ ölkələrinə göstərilən təzyiqlər nəticə verməyib və ona görə də ABŞ-da strateji ehtiyatların satışa çıxarılması, hətta ölkədən neft ixracının qadağan edilməsi təklifləri səslənir. Lakin analitiklərə görə, ABŞ-ın strateji neft ehtiyatlarının bir hissəsini bazara çıxarmaqla qiyməti uzun müddət aşağı saxlamaq mümkün olmayacaq.

Son xəbərlər

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Rusiyada deputat seçkilərinin vaxtı təyin olundu

"SYNERGY MEDICAL" MMC-nin 3.5 Milyonluq VERGİ BORCU ÜZƏ ÇIXDI

Rusiyanın itkiləri ARTIR

Avtobus zolağındakı mürəkkəb nişanlanma xətti bəzi sürücüləri çaşdırır – Cərimə

Əli Kərimli ilə bağlı qərar verildi

İrana qarşı blokadanın ləğv ediləcəyi tarix açıqlandı

Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait 10 faiz artıb

Deputatlar cəmiyyəti ittiham edir, bəs güzgüyə baxan varmı?

Bu həftə rezidenturaya qəbul imtahanı keçiriləcək

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Bütün xəbərlər