“Peyvənd sertifikatı”nın etibarlılıq müddəti nə qədərdir, üçüncü doza vurulmasa nə olur?

dogruxeber.tv: - “Peyvənd sertifikatı” müddətsizdir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi və TƏBİB-dən bildirilib.

Məlumata görə, hazırda Azərbaycanda “Peyvənd sertifikatı”nın etibarlılıq vaxtı müddətsizdir.

Bildirilib ki, dünyada COVID-19 əleyhinə vaksinasiyadan sonra yaranan immun cavabın dayanıqlılığı və müddəti istiqamətində elmi tədqiqatlar davam etdirilir. Aparılan tədqiqatların nəticələri açıqlandıqdan, ÜST və digər beynəlxalq səhiyyə qurumlarının tövsiyələri məlum olduqdan sonra bu məsələyə yenidən baxılacaq.

Buster (3-cü doza) isə 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) vurulması tövsiyyə olunur.

Koronavirusun yeni ştammlarının yaranması isə buster dozanın əhəmiyyətini daha da artırır.

Mütəxəssislər belə hesab edir ki, virus dəyişmir, sadəcə olaraq, mutasiyaya uğrayır. Mutasiya nəticəsində isə fərqli ştamlar yaranır. Orqanizmdə yaranmış immunitetin zəifləməsinin qarşısını almaq üçün “buster” doza vacibdir. “Buster” doza qüvvətləndirici hesab edilir və koronavirusa qarşı yaranmış anticisimlərin uzunömürlü olmasını təmin edir.

Xatırladaq ki, Azərbaycanda vaksinasiya prosesinə bu ilin yanvarın 18-dən başlanılıb. Hazırda ölkədə vurulan vaksinlərin ümumi sayı 10 486 650, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 074 275, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 559 863-dür. "Buster" doza üzrə vaksinasiya olunanların sayı isə 852 512 nəfər təşkil edir.//dia.az

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər