Mədəniyyət Nazirliyi beynəlxalq film festivalı ilə bağlı qalmaqala münasibət bildirib

dogruxeber.tv: - Mədəniyyət Nazirliyi və “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi XII Bakı Beynəlxalq Qısa Filmlər Festivalı ilə bağlı ittihamlara cavab verib.

Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı məsələlərə müdaxilə etməyiblər.

Qeyd olunub ki, festivalın təşkilatçısı “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzidir: "Nazirlik Azərbaycanın ən yaxşı filmlərinin seçilməsi üçün keçirilən beynəlxalq tədbirə müəyyən maliyyə dəstəyi göstərib. Festivalın Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənən hissəsinin büdcəsində mükafat fondu üçün hər hansı bir məbləğ nəzərdə tutulmayıb. Mükafatçılar üçün nəzərdə tutulan vəsaitlə bağlı sorğu festivalın təşkilatçısına ünvanlanmalıdır. İki nominasiyada heç bir filmə mükafatın verilməməsi münsfilər heyətinin qərarıdır. Nə Mədəniyyət Nazirliyinin, nə də təşkilat komitəsinin münsiflər heyətinin rəyinə müdaxilə etməsi mümkün deyil".

“Cinema” Gənc Kinematoqrafçılar Mərkəzindən isə vurğulanıb ki, festivalın əsas dəstəkçisi Mədəniyyət Nazirliyi olub: "Ancaq tədbir daxilində hələ bir neçə ay öncədən elan olunan mükafat fondunun yaradılması ideyası isə festival komandasına, birbaşa olaraq "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinə məxsusdur. Festivalın “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyasının qalibinə pul mükafatları da məhz mərkəzin - festivalın təşkilat komandasının hesabına ödəniləcək. “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzi ilə Mədəniyyət Nazirliyi arasında mükafat fondu ilə bağlı heç bir müqavilə və razılaşma olmayıb. Bu təşəbbüs bizim yerli gənc rejissorlar üçün nəzərdə tutduğumuz bir stimul formasıdır".

"Bu il münsiflər heyətinin qərarına əsasən, “Ən yaxşı sənədli film”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblər müəyyənləşdi və onlara ayrı-ayrılıqda pul mükafatı veriləcək. Münsiflər heyətinin qərarına əsasən, digər iki nominasiyaya (“Ən yaxşı bədii film”, “Ən yaxşı animasiya filmi”) heç bir film layiq görülmədi. Bu, çox normal haldır. Buna həm də dünya festivalları təcrübəsində rast gələ bilərsiniz. Festivalda iki müsabiqə bölməsi mövcuddur: beynəlxalq və yerli. Festivalın qaydalarına görə, münsiflər heyəti onlara həvalə olunan yarışma proqramındakı filmlərə baxıb dəyərləndirməlidir. Sözügedən mərhələdə seçim məhz münsiflər heyətinindir, festivalın təşkilat komitəsi bu qərara müdaxilə edə bilməz. Təəssüf ki, bizim təklif etdiyimiz pul mükafatına 4 nominasiyadan yalnız ikisi layiq görüldü və təşkilat komitəsi olaraq münsiflər heyətinin bu seçimini normal qarşılayırıq. Eyni zamanda festival komandasının öz təşəbbüsü ilə elan olunan mükafat fondunun hansı qurum tərəfindən təsis olunmasını dəqiqləşdirmədən yerdə qalan vəsaitin mənimsənilməsi haqqında müxtəlif fikirlər irəli sürüldü. Bir daha bildirmək istəyirik ki, mükafat fondu ilə bağlı təşəbbüs festivalın özünə aiddir və məqsədimiz məhz yerli gənc müəlliflərə stimul verməkdir", - Mərkəzdən deyilib.

Qeyd edək ki, noyabrın 23-də Nizami Kino Mərkəzində XII Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçirilib. Tədbirdən bir həftəyə yaxın müddət keçməsinə baxmayaraq, müsabiqə ətrafında qalmaqal səngimir. Belə ki, bu il mükafat fondu 5 000 AZN olan yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx” nominasiyaları üzrə qaliblər seçilməli idi. Lakin “Ən yaxşı bədii film” və “Ən yaxşı animasiya filmi” nominasiyaları üzrə qaliblər müəyyənləşməyib. Bu da müsabiqəyə film təqdim edən gənc rejissorlar arasında nazarılıqlara səbəb olub.

Xatırladaq ki, bu il festivala 72 ölkədən 3 217 qısa film göndərilib. Bunlardan 82 film yerli müsabiqəyə təqdim edilib. Festivalda yerli müsabiqədə “Ən yaxşı sənədli film” nominasiyasının qalibi “Papanin” filminin rejissoru Türkan Hüseynova, “Ən yaxşı sosial çarx” nominasiyasında “Korona incəsənətə yardım” sosial çarxının müəllifi Cavid Səmədov olub.

Oxunub: 475

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər