8 fakültə dekanı və 29 kafedra müdiri vəzifəsi boşdursa... - AÇIQLAMA

dogruxeber.tv: - Təhsil Nazirliyi Bakı Dövlət Universitetində dekan və kafedra müdiri vəzifəsinə qəbul üçün müsabiqə elan edib. Təhsil Nazirliyinin məlumatında qeyd olunur ki, ali məktəbdə 8 fakültə dekanı və 29 kafedra müdiri vəzifəsi boşdur. Müsabiqədə iştirak etmək üçün sənədlər 1 ay müddətində qəbul ediləcək. Rəhbər vəzifələrin boş qaldığı fakültə və kafedralar arasında Mexanika-riyaziyyat, Fizika, Geologiya, Tarix, Filologiya, Sosial elmlər və psixologiya, Kitabxanaçılıq-informasiya, Biologiya fakültəsi, Nəzəri-fizika, Ümumi fizika və fizikanın tədrisi metodikası, Astrofizika, Fiziki elektronika, Yarımkeçiricilər fizikası, Ümumi və tarixi geologiya, Seysmologiya və Yer təkinin fizikası, Botanika və bitki fiziologiyası, Molekulyar biologiya və biotexnologiyalar, Rus dili kafedrası (humanitar fakültələr üzrə), Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası və sair, ümumilikdə 29 kafedraları var.

Müsabiqə ilə bağlı “Şərq”ə məlumat verən Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru Kamran Əsədov qeyd etdi ki, dekan və kafedra müdiri vəzifələrinə hər 5 ildən bir seçki keçirilir:

- Bu, uzun illərdir ki, belədir. Fakültə dekanı və kafedra müdiri vəzifələri seçkilidir. Bu vəzifələrə hər 5 ildən bir müsabiqə elan olunur. Ali məktəblərin rektorları ölkə Prezidentinin sərəncamı ilə təyin olunur. Amma o da 5 illik. Yəni istər rektor, istərsə də fakültə dekanı, kafedra müdiri vəzifələri müddətlidir. Sadəcə, fərq bundadır ki, rektor Prezident tərəfindən təyin edilir, dekanlar, kafedra müdirləri isə seçilir. Əvvəllər də bu belə olub, amma proses qapalı aparıldığı üçün ictimaiyyət bundan xəbər tutmurdu. Daxildə, öz aralarında qapalı seçki aparıb, dekan, kafedra müdiri “seçirdilər”. 5 illik müddət bitdikdən sonra açıq şəkildə müsabiqənin elan edilməsi prosesin daha şəffaf aparılmasına kömək edir.

K.Əsədov bildirdi ki, BDU-nun 17 fakültəsindən 13-də dekanların 5 illik müddəti artıq başa çatıb. 8 fakültə üzrə seçkilər indi keçiriləcək, 5-də isə bir qədər sonra:

- Müsabiqədə hər kəs iştirak edə bilər. Şəxs özü namizədliyini irəli sürür. “Hər kəs” deyərkən, müsabiqəyə yalnız BDU-nun müəllimlərinin qatıla biləcəyi şərtinin olmadığını bildirmək istəyirəm. Başqa ali məktəblərin pedaqoji heyətinə daxil olanlar namizədliklərini irəli sürə bilər. Təbii ki, bir sıra şərtlər var. Məsələn, namizədin elmi dərəcəsinin, 5 illik pedaqoji iş təcrübəsinə malik olması, dərc olunmuş elmi məqalələri və sair. Həmçinin, namizəd platformasını da təqdim etməlidir. Nə edəcək, idarəetmədə hansı yenilikləri həyata keçirməyi düşünür və sair.

K.Əsədov onu da qeyd etdi ki, baxmayaraq müsabiqə ümumi şəkildə, hər kəs üçün elan edilir, çox zaman fakültə dekanı, eləcə də kafedra müdirləri vəzifələrinə 5 illik müddəti bitmiş dekan və kafedra müdirləri yenidən təsdiqlənir:

- Hətta bəzən iki 5 illik müddətdən sonra yenə dekan və kafedra müdirləri olanlar da var.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər