İmişlinin başçısının PULU YOXDUR... - GİLEY

dogruxeber.tv: - Redaksiyamıza müraciət edən İmişli sakini yaşadığı evin dağıntılı vəziyyətdə olmasından şikayətlənib. Vəziyyət o həddə çatıb ki, Nəsirovlar ailəsi ilanlarla yaşamaq məcburiyyətində qalıb. Sözügedən ailə sosial müavinətlər də ala bilmir. Dəfələrlə aidiyyatı qurumlara müraciət edildiyini deyən Anur Nəsirova saytımız vasitəsilə ölkə başçısına müraciət edib:

"İmişli rayonunda yaşayıram. İki övladım var. Evdar qadınam. Yoldaşım da fəhlə işləyir. Hazırda yaşadığımız yer acınacaqlı vəziyyətdədir. Qaldığımız ev uçub, yayda ilanlar evə daxil olur. Keçən il evimiz dağıldı. Məcbur qalıb, köhnə kərpiclə evimizin dağılan yerini düzəltdik. Əgər, bunu etməsəydik, ilanlar evə daxil olacaqdı. İlanlarla yaşamaq məcburiyyətində qalacaqdıq. Hazırda isə havalar soyumaq üzrədir. Qışa doğru isə vəziyyətimiz daha da pis duruma düşür. Yağış yağdıqca, güclü külək əsdikcə köhnə ev bir az da dağılır. Ötən gün övladımın paltarını götürmək istəyəndə, paltarların olduğu yerdən ilan çıxdı. Həmin gün qızım çox pis qorxdu. Məktəbə də gedə bilmədi. Hazırda qonşular bizə yardım etməyə çalışır. Nə sosial yardım, nə də digər müavinətlər ala bilmirik. Hətta, sərt karantin vaxtında verilən 190 manat da bizə verilmədi. Sosial yardım üçün müraciət etdik. Dedilər ki, sizə yardım düşümür. Keçən il bütün lazım olan sənədləri təqdim etmişik. Səkkiz ildir ki, kirayələrdə qalmışıq. Dörd il əvvəl atam bu evi bizə alıb. Bu evdə dağınıq vəziyyətdədir. Yoldaşımın daimi işi yoxdur. Fəhləlik edir. Özü də xəstədir. Belindən əməliyyat olunmalıdır. İmkan olmadığına görə əməliyyat oluna bilmir. Yay fəslində evə hava girmədiyinə görə, çöldə yatmaq məcburiyyətindəyik. İmişli rayon İcra hakimiyyətindən evə baxış keçirilib. Lakin, heç bir köməklik edilməyib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən və birinci xanım Mehriban Əliyevadan xahiş edirəm ki, bizə köməklik göstərsinlər".

Nəsirovlar ailəsinin mövcud problemi saytımızda işıqlandırıldıqdan sonra İmişli rayon İcra Hakimiyyətinin məsul şəxsləri dağıntılı vəziyyətdə olan evə baxış keçiriblər. Lakin həmişəki kimi büdcədə pul olmadığını deyərək ailəyə köməklik etməkdən imtina edilib. //hurriyyet.az//

Son xəbərlər

Ən yaxşı məktəblərin adları AÇIQLANDI

Azərbaycanda polkovnik vəfat etdi

İdmançımız qızıl medal qazandı

SEPAH üzvləri 15 yaşlı yeniyetməni güllələdi

İsrail ordusu Livanda ciddi itkilər verdi

Hava ilə bağlı xəbərdarlıq: Temperatur 7 dərəcə enəcək

Moskva və Tehran Ermənistanla bağlı ŞOK qərar verə bilər - NATO təhdidi

Aşura günü bu ünvanlarda qan veriləcək

Dövlət xəstəxanaları KT cihazını özəl klinikalara satır – İDDİA

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Norveç Qrenlandiyada baş konsulluq açacaq

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Bütün xəbərlər