“Sagirdlərin dərs yükü ağırdır” – Narazılıq!

dogruxeber.tv: - Tanınmış yazar Cavid Zeynallı “Facebook’ hesabında aşağı sinif şagirdlərinin dərs yükünün ağırlığı ilə bağlı paylaşım edib. Paylaşımda qeyd olunub:

“Oğlum üçüncü sinifdə oxuyur. Test tapşırığı verilir ki, nitq hissələri dil haqqında elmin hansı bölməsində öyrənilir? Morfologiya, fonetika, leksika. Sizcə, üçüncü sinif şagirdlərinin bunu keçməsi çox tez deyil? Dəqiq bilirəm ki, uşaq heç nə başa düşmür, sadəcə əzbərləyir. Belə çıxır, bu dərs proqramı ilə bunlar 7-ci sinifdə Noam Xomskini öyrənməyə başlayacaqlar. Biz də qalacağıq gözümüzü döyə-döyə..”. Paylaşıma bir çox valideyn tərəfindən mövcud durumdan narazılıq ifadə edən şərhlər yazılıb.

Məsələ təhsil sistemimizdə illərdir mübahisəli məsələlərdən olan şagirdlərin dərs yükünün ağırlığı mövzusunu yenidən gündəmə gətirib. Maraqlıdır, bu problem nədən qaynaqlanır və həll etmək üçün nə kimi tədbirlər görmək olar?

Bu sahədəki bütün narazılıqların tutarlı faktlara söykəndiyini bildirən “AzEdu.az” portalının baş redaktoru Elmin Nuri “Sherg.az”a söyləyib ki, bunlar haqlı etirazlardır:

“Bəzən aşağı sinif şagirdlərinin dərs proqramında çox uyğunsuz mövzulara rast gəlinir. Dərsliklərin hazırlanması özü xüsusi bir strategiyadır. Bu xüsusi psixoloji yanaşmalar tələb edir. Ələxsus da ibtidai sinif dərsliklərini tərtib edərkən ən incə detallarına qədər düşünmək lazımdır. Xaricdə eləcə də təhsil sisteminin inkişaf etdiyi uzaq şərq ölkələrində buna xüsusi önəm verirlər”.

Ekspert artıq dərsliklərdəki mülahizələri, akademik bilgiləri maraqlı metodlarla əvəz etməyin zamanı gəldiyi vurğulayıb:

“Hazırda xaricdə elə müəllimlər var ki, onların dərslərinin əsasını oyunlar təşkil edir. Bu dərsliklərdə də, tədris proqramında da öz əksini tapır. Bizdə isə təəssüf ki, nə dərsliklər akademik çərçivədən kənara çıxır, nə də müəllimlərimizin tədris forması dəyişir”.

E.Nuri ölkəmizdə ibtidai siniflərdə təhsil alan şagirdlərin dərs yükünün ağırlığına diqqət çəkib:

“Bəzən görürük ki, üçüncü, dördüncü sinif şagirdinə onun beyninin yeddinci, səkkizinci sinifdə qəbul edə biləcəyi material təqdim edilir. Bu dəhşətdir. Cəmiyyətimizin təhsilə münasibətini dəqiq öyrənmədən digər ölkələrlə çox yalnış müqayisələr aparırıq. Məsəl üçün, eşidirik ki, Çində, Siqapurda, Amerikada şagirdlərin dərs yükü çoxdur və bunun öhdəsindən gələn şagirdlər təhsildə daha böyük uğur qazanırlar. Biz də uyğun olmasa belə, onu ölkəmizdə tətbiq etnəyə çalışırıq”.

Baş yazar dünya təcrübəsinə söykənən hər hansısa bir tədris üsulunu ölkəmizdə tətbiq etməzdən öncə atılması vacib olan addımları sadalayıb:

“Bunu etməzdən öncə bir sıra suallara cavab tapmaq lazımdır. Məsəl üçün, biz buna hazırıqmı? Bizim cəmiyyətin qavraya biləcəyi tədris proqramının yükü hansı səviyyədədir? Bununla bağlı müəyyən sınaqlar, monitorinqlər, pilot layihələr həyata keçirilibmi? Məhz bunlardan sonra dərs yükünü artırmaq olar”.

E.Nuri sonda təəssüf hissi ilə bizdə bütün bunların həyata keçirilmədiyini söyləyib və bunun cəzasını şagirdlərin eyni zamanda valideynlərin çəkdiyini diqqətə çatdırıb.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər