Saleh Rüstəmli quru aclığa başlayıb – Vəkilindən AÇIQLAMA

dogruxeber.tv: - Gədəbəyin həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmli 31 gündür ki, aclıq aksiyası keçirir.
Saleh Rüstəmlinin vəkili Bəhruz Bayramov onun son vəziyyəti ilə bağlı Yeniavaz.com-a danışıb.
Vəkil bildirib ki, Saleh Rüstəmlinin vəziyyəti daha pisdir:
“Onu ən son bu gün səhər görmüşəm. Artıq quru aclıq etdiyindən vəziyyəti daha da pisləşib”.
B.Bayramov Amnistiya Aktının S.Rüstəmliyə şamil olunub-olunmamasına da münasibət bildirib:
“Qanunvericilikdə ağır cinayət törədənlərə Amnistiya Aktı yalnız cəzasının 6 ayı qaldıqda şamil edilir. Saleh Rüstəmlinin isə daha çox cəza çəkmə müddəti qalıb. Ona görə cari akt ona şamil olunmayacaq”.
Vəkil bildirdi ki, S.Rüstəmliyə yönəldilən ittihamların əsassız olduğuna dair əllərində sübutlar da var:
“Saleh Rüstəmlinin bir neçə banka külli miqdarda borcu var. Bundan əlavə yaşadığı mənzildən belə gəlir əldə etmək üçün istifadə edir. Belə vəziyyətdə olan bir şəxs necə çirkli pulların yuyulmasında ittiham oluna bilər?!”.
B.Bayramov həmçinin bildirdi ki, S.Rüstəmlinin səhhəti ilə əlaqədar azadlığa buraxılması ilə bağlı Nizami Rayon Məhkəməsinə rəsmi ərizə təqdim ediblər. Lakin ərizəyə baxılıb-baxılması ilə bağlı heç bir məlumatı yoxdur.
Qeyd edək ki, qanunsuz sahibkarlıq, pul vəsaitlərini qanunsuz leqallaşdırma və digər maddələrlə təqsirləndirilən Saleh Rüstəmli 28 fevral 2019-cu ildə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Dekabrın 1-də onun azadlığa buraxılması tələbilə Bakının mərkəzində etiraz aksiyası keçirilib.//dia.az

Oxunub: 595

Son xəbərlər

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bu günə olan valyuta məzənnələri

Mərkəzi Bankın tenderi niyə ləğv olundu?

Avropanın bu yay ən populyar olacaq istiqamətləri açıqlandı - TOP-10

Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb

Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub

6 bal gücündə zəlzələ baş verib - Yaponiyada

Sabiq icra başçısı vəfat etdi

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Bütün xəbərlər