İqtisadçı alimdən rektora ZƏRBƏ... - İTTİHAM


dogruxeber.tv: - Azərbaycan Dövlət İqtisad Universitetində Ədalət Muradovun rektor təyin olunmasından sonra şayiələr dolaşmağa başladı ki, rektor bəyan edib ki, rüşvət alan müəllim, kafedra müdiri, dekan… universitetdən qovulacaq. İlk əvvəl bu fikirlərin nə məqsədlə dövriyyəyə buraxılmasını bilməsək də, cumhuriyyet.az olaraq apardığımız araşdırmalardan məlum oldu ki, yeni rəhbərlik keçmiş rektor Şəmsəddin Hacıyevin yaxını bildiyi bir neçə dekan tutduğu vəzifələrdən uzaqlaşdırıb.
A parılan “islahat”lardan həmin dəqiqə başa düşmək oldu ki, Ədalət Muradov müəyyən müddətli müşahidəni kənara qoyub yeni rektor harasa tələsir, özünə yaxın bildiyi şəxsləri dekan təyin edir. Bununla kimin hansı savadın sahibi olduğu, ADİU-ni bir pillə qabağa apara bilmə şansları qiymətləndirilmir, yeni rəhbərin qarşısına qoyduğu hədəfi önləməsi önəm daşıyırdı. “Ədalət” naminə onu da vurğulamaq yerinə düşər ki, yeni rektor dekanların əvəzlənməsi zamanı bəzi həmyerliləri olan şəxslərə dəymir, əksinə onlardan bir neçəsini daha yüksək vəzifəyə çəkirdi. Məsələn, Kommersiya fakültəsinin dekanı, həmyerlisi Qabil Manafovun Magistratura Mərkəzinin direktoru Həsən İsrafilovun yerinə təyin edilməsi, Texnologiya və Dizayn fakültəsinin dekanı Vəkil Hüseynovu, Əmtəəşünaslıq fakültəsinin dekanı Tofiq Osmanovu dekanlıqdan azad etməyib onlara yeni imkanlar yaratması ADİU-də müəllim və professor heyəti arasında ikrah hissi yaradırdı.
Maraqlıdır ki,aparılan uğursuz kadr islahatını cənab rektor qaraya ağ deməklə təbliğ edir. Ə.Muradovun bu günlərdə sosial şəbəkədə yazdığı status bu baxımdan diqqət çəkir. Rektor yazır: “UNİVERSİTETDƏ RƏQABƏT: DİFFERENSİAL ƏMƏK HAQQI SİSTEMİ (1)
UNEC-də artıq bir neçə ildir ki, uğurlu nəticələr təmin etmiş müəllimlərin differensial əmək haqqı sistemi tətbiq edilir. 70 faizi elmi tədqiqatlarla bağlı olan göstəricilər əsasında müəllimlərin reytinqi müəyyən edilir. Bu zaman xüsusi işlənmiş proqram əsasında obyektivlik və şəffaflıq təmin edilir və hər bir şəxs prosesi daim izləyə bilir. Reytinqdə ilk 10-luqda olanların əmək haqqı 2 dəfə, 11-30-cu yerlərdə olanların əmək haqqı 70 faiz, 31-60-cı yerlərdə olanların əmək haqqı 50 faiz, 61-100-cü yerləri tutanların əmək haqqı 20 faiz artırılır. Artım növbəti tədris ilində tətbiq edilir.
Uğurlar!
Hər şey daha da yaxşı olacaq!”

İqtisadçı alimdən rektora ZƏRBƏ... - İTTİHAM

İqtisadçı alimdən rektora ZƏRBƏ... - İTTİHAM


Rektorun statusu altında rəylər xüsusilə maraqlıdır. Belə ki,bu rəylərdə Ə.Muradovun fikirləri tam ifşa olunur. Məsələn, iqtisadçı gənc alim Səyyad Ağayev yazır: ” Hörmətli Ədalət müəllim!
Mən 2 dəfə diferensial əmək haqqı sistemində yer almışam (2019/2020 və 2020/2021-ci ildə 36-cı yer). Cari ildən əmək haqqıma 50 faiz artım əlavə olunmalı idi. Amma və lakin…Sizə 0.5 ştat işəgötürülməyimlə bağlı etdiyim müraciətlər cavabsız qaldı. VOS beynəlxalq elmi bazasında nəşr etdirdiym məqalələrdə UNEC-in dünya universitetləri arasında reytinqinin yüksəlməsində az da olsa xidmətim olub. Çox təəssüflər olsun ki, bunu da nəzərə almadınız. Tədqiqatçı-alim kimi bu işin nə qədər zəhmət tələb etməsi yəqin ki sizə yaxşı məlumdur…”

S.Ağayevə sosial şəbəkədə verilən dəstək və rəylər həqiqəti bir daha açıb göstərir. Gənc iqtisadçı alimlə bağlı onu da nəzərə çatdıraq ki, Səyyad Ağayev iqtisad üzrə fəlsəfə doktoru, dosentdir. 2014–cü ildən müəllim işlədiyi Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bu il Universitet rəhbərliyinin yersiz bəhanələrli nəticəsində kənarlaşdırılıb və onunla 0.5 ştat müəllim kimi əmək müqaviləsi bağlamaqdan imtina edilib. İqtisad Universitetinin differensial əmək haqqı sistemində 900-ə yaxın professor-müəllim heyəti içərisində S. Ağayev 36-cı yerdədir.

Bir sözlə, UNECin Ədaləti ortadadır. Hesab ediloirdi ki, Şəmsəddin Hacıyevin zamanında olan “nöqsan”lara son qoyular, Ədalət Muradov ADİU-nin gələcəyi üçün yeni bir səhifə açar. O, İqtisad Universitetinə hansısa bir yenilik gətirər. Bunun üçün isə mütləqdir ki, ətrafında ağıllı, savadlı, ideya və təşəbbüsü olan şəxsləri birləşdirsin. Bu şərtlər su, hava, qida qədər önəmlidir. Lakin göründüyü kimi, ADİU-də heç nə dəyişmədi.//dia.az

Oxunub: 753

Son xəbərlər

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Çexiyanın Baş nazirinin Azərbaycana səfəri başa çatdı

Neft qiymətləri YÜKSƏLDİ

Nyu-York birjasında təbii qaz ucuzlaşıb

Qazaxıstan "Drujba" tranzit tənzimləmələri səbəbindən 260 min ton nefti yenidən bölüşdürəcək

Modriç mövsümü başa vurdu

Bütün xəbərlər