ADAU-də  vəzifələr rüşvətlə bölüşdürülür -  İDDİA

ADAU-nun Aqromühəndislik fakültəsinin bir qrup müəllimi Prezident İlıham Əliyevə və Kənd Təsərrufatı naziri İnam Kərimova şikayət məktubu ünvanlayıb.

Bir nüsxəsi də "dogruxeber.tv"a daxil olan məktubda deylir:

"Azərbaycan Respublikasının Prezidenti

cənab İLHAM ƏLİYEVƏ

Surəti: Azərbaycan Respublikasının Kənd

Təsərrüfatı Naziri

cənab İNAM KƏRİMOVA

Cənab Prezident, ADAU-da aparıcı vəzifələri qəsb etmiş məlum bir qrup şəxs əsas qanunları və dövlətin təhsil strategiyasını ayaqlar altına sərərək qanuna zidd əməllərlə məşğuldur. Bu şəxslər aqrar mütəxəssis hazırlığında elmi potensiala gerilikçi davranışları ilə maliyyə və inzibati maxinasiyalara qorxmadan imza atırlar.

Hal-hazırda «Aqromühəndislik» fakültəsində dekan seçkiləri keçirilir.

Biz burada iştirak edən namizədlərdən biri haqqında məlumat vermək istəyirik. Dekan seçilmək üçün iddiaçılardan biri Nemət Hacıyevdir. Nemət Hacıyev 1990-cı ildə Azərbaycan Texnologiya Universitetini bitirmişdir. 1992-ci ildən ADAU-da hərbi kafedrada müəllim işləyir. Nemət Hacıyev hal-hazırda Mülki müdafiə fənnini tədris edir. Göründüyü kimi bu şəxsin qurtardığı ali məktəbin, nə də işlədiyi kafedranın aqrar sahə ilə, aqromühəndislik ixtisası ilə əlaqəsi yoxdur.

Nemət Hacıyev Milli Şuranın üzvü, dövlətçiliyimizin əleyhinə olan, qatı müxalifətçi Sevinc Osmanqızı kimi eyni əqidədə olan Gültəkin Hacıbəylinin döğmaca əmisi oğludur. ADAU-nun keçmiş rektoru Mirdamət Sadıqov Nemət Hacıyevi elə həmin Gültəkin Hacıyevanın xahişi ilə işə qəbul etmişdi.

İndi isə Nemət Hacıyev dekan seçilmək üçün öz yerlisi, universitetin tədris işləri üzrə prorektoru Anar Hətəmova 20000 manat rüşvət vermişdir. ADAU-nun tədris işləri üzrə prorektoru Anar Hətəmov və Tədris hissəsinin müdiri Elay Zeynallı Nemət Hacıyevlə iş birliyinə girərək ona hərtərəfli dəstək verirlər. ADAU-nun tədris şöbəsinin müdiri Elay Zeynallının özünün elmi işi belə plagiatdır. Cəmi 25 yaşı olan bu şəxs öz elmi işini UNEC-in 2017-ci ildə məzunu olmuş Məmmədzadə Elvin Rasim oğlunun magistr işindən köçürərək plagiatlıq

etmişdir. Elə buna görə də Ali Attestasiya Komissiyası tərəfindən onun elmi iş təsdiq olunmur. Amma rektor onu hər yerdə müdafiə edir.

Anar Hətəmova verilən rüşvətin və Elay Zeynallının verdiyi dəstəyə görə rektor İbrahim Cəfərov hər vəchlə Nemət Hacıyevi dekan seçmək istəyir. Amma tədbirlərdə, sosial şəbəkələrdə İbrahim Cəfərov pafosla dövlətçilikdən, cənab Prezidentimizə sədaqətdən danışır. Azərbaycan xalqının qatı düşməni, «kaş Prezidentimiz Paşinyan olaydı» deyən Sevinc Osmanqızının verilişlərində ona dəstək verən Gültəkin Hacıyevanın əmisi oğlu Nemət Hacıyevi dekan seçməklə İbrahim Cəfərovun bu çıxışları tam ziddiyyət təşkil edir.

Cənab Prezident, xahiş edirik bu barədə bir tədbir görəsiniz.

Hörmətlə,

ADAU-nun Aqromühəndislik fakültəsinin bir

qrup müəllimi"

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər