3+3 nə zamana qədər 5 EDƏCƏK?

dogruxeber.tv: - İslam Əməkdaşlıq Təşkilatının İslamabadda keçirilən növbədənkənar iclasında Azərbaycan və Türkiyə xarici işlər nazirləri - Ceyhun Bayramov və Mevlud Çavuşoğlu görüşüblər. İki qardaş ölkənin strateji münasibətlərindən danışan XİN rəhbərləri “3+3” formatında görüşün nəticələrini də müzakirə ediblər. Nazirlər regional əməkdaşlıq mexanizminin irəli aparılmasının zəruriliyini vurğulayıblar. Tərəflər növbəti aylarda bu istiqamətdə atıla biləcək addımlardan da danışıblar. Eləcə də bölgədəki cari vəziyyət, postmünaqişə kontekstində bölgə ölkələri arasında münasibətlərin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Türkiyənin xarici işlər naziri bildirib ki, Moskvada “3+3” formatında keçirilən ilk görüşün davamı da gələcək: “Növbəti görüşü Türkiyədə keçirməyi planlaşdırırıq. İnanırıq ki, Gürcüstan da həmin görüşdə iştirak edəcək”. Xatırladaq ki, Gürcüstan Moskvada “3+3” formatında keçirilən görüşün ilk toplantısına qatılmayıb. Tbilisi hökuməti Rusiyanın təmsil olunduğu platformalarda yer almayacağını bəyan edib.

DİA.AZ-ın məlumatına görə, “altılıq” platformasının reallaşması istiqamətində atılan addımları “Şərq”ə dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, Cənubi Qafqaz ölkələri müxtəlif formalarda bir-biri ilə əməkdaşlıq edə bilər. Yetər ki, ortada nəticə olsun. Analitikin fikrincə, ilkin görüşlərin məqsədi regional əməkdaşlığın formasını müəyyən etməkdir: “Region ölkələri arasında danışıqlar, müzakirələr davam edir.

Bu və ya digər formada bölgədə gedən müzakirələr Gürcüstanın da maraqlarına toxunacaq. Gürcüstanın regional əməkdaşlıqda iştirakı dolayı yolla da çox vacibdir. Gürcüstan müxtəlif enerji və nəqliyyat layihələrinin əsas iştirakçısıdır, tranzit ölkədir. Bu baxımdan Gürcüstanın regional platformalarda təmsil olunması qaçılmazdır. Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə Rusiya və Türkiyə arasında yük daşımaları həyata keçirilir. Burada Tbilisinin maraqları danılmazdır. Düşünürəm ki, gec-tez Gürcüstan hökuməti Ankara və Bakının çağırışlarına müsbət cavab verəcək”.

Son xəbərlər

Rusiya Federasiyasının Həştərxan vilayətinin rəsmi nümayəndələri Qubadlıda...

Türkiyədə azərbaycanlı qadın həbs olundu

Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır

Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

Ebola virusundan ölənlərin sayı artır

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

Məşhur müğənni öldü - FOTO

​Şəkidə evdən meyit tapıldı

ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Bütün xəbərlər